Gönderi

Bu dünya nərdivandı,- Qalxanda mehribandı, Enəndə nə yamandı... Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırırdı nərdivan, Məni xatirələrə Endirirdi Bu zaman. Birimiz-günçıxana, Birimiz günbatana... Qalxa bilməzdim daha, Nə o güc,nə o taqət. O da enə bilməzdi,- Haqlı,haqsız Vermişdi,öz hökmünü təbiət, Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya...
·
80 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.