·264 syf.····Okunma: 14 Ağustos 2023 14:20 Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə tədris vəsaiti kimi təsdiq olunmaq qərarını sonuna qədər haqq edən kitab və yollar çoxluğu olan həyatda hər kəsin öz həqiqi "mənini" kəşf edib üzləşməsi, batini gücünü kəşf edib həyatın o yollar çoxluğunda öz tərəqqi yolunu, fərdi inkişaf vektorunu tapmasından ötrü münbit zəmin yaradan müdrik bələdçidir.
Bu ləfz subyektiv xarakterli ola bilər, fəqət insan öz düşüncə və davranışlarında zaman-zaman elə hallarla qarşılaşır ki, "bu fikir və fe'l, həqiqətən, məndənmi çıxdı, əcəba, məndən qeyrilərində də belə hallar olurmu?" deyə təəccüb və əndişə duyğusuna qapılmamaq adına özünü zorla zəbt edir. Bu baxımdan müəllif kitabın adına müvafiq tərzdə oxucusunun əndişəsinə bir miqdar su çiləyərək və onun düşüncələrinə güzgü tutaraq qayət fəsih bir üslub ilə elə həssas mətləblərə toxunur ki, insan təəccüb duyduğu həmin halların təcridi biçimdə təkcə özünə yönəlmiş vəsvəsə ola biləcəyi ehtimalından həzər edərək həmin fikir və davranışların aləmşümul xarakter daşıdığına, bəşər övladının əksəriyyətinin onlara təbii olaraq mə'ruz qala bildiyinə iqna olur.
İnsanın tərəqqisi yolunda hörümçək torundan belə zəif əngəllər inşa edən irrasional inanclar, onlarla üzləşmək və mübarizə aparmaq ideyası bu kitabın mehvərini təşkil edir. Mütaliəsi hər bir diqqətli və tərəqqipərvər oxucuya naçizanə tövsiyə olunur.