Vücudun gözəlliyi
Puan vermedi·296 syf.··
2023 28. kitabı
·
46 günde okudu
·
Okunma: 15 Ağustos 2023 20:48
İndiyə kimi ən gec oxuduğum kitablardan biridir, buna səbəb kitabın maraqsız olması deyil. Öz işimlə əlaqədər olaraq kitabı oxumağa çox vaxtım qalmırdı. Səhər xəstəxanaya girib, ağır keçən iş günündən sonra evə gəldikdə, kitab oxuyacaq qədər enerjim qalmırdı. Kitab çox maraqlı və tibb sahəsi ilə əlaqəsi olmayanların belə oxuya biləcəyi bir kitabdır. İnanıram, bu sahə ilə əlaqəsi olmayanlarda, tibbə maraq yaradacaq, əlaqəsi olanların isə şəxsi təcrübəsində istifsdə edə biləcək qədər lazımlı bilikləri insana qatır. Şəxsən mən, öz şəxsi təcrübəmdə bu kitabdan əldə etdiyim bilikləri istifadə etdim və faydasınıda gördüm. Bu şah əsər, insan vücuduna yalnız tibbi deyil , həm də fəlsəfi cəhətdən yanaşmağı öyrədir. Bədənimizin necə möhtəşəm bir yaradılış olmasını bizə hər yolla sübut edir. Hər kəsin oxumalı olduğu bir kitabdır.
Popüler Bilim
İnsan Vücuduna SəyahətGavin Francis · 201762 okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.