Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
10/10 puan verdi
KorAmal Salam dostlar!Hər vaxtınız kitab! "Həqiqətən mi günahsız insanların öldürülməsi "hökmranlıq" sayılır..? Bu qədərmi itirdiq yolu? Heçmi tapılmaz, "haqq işığı" düşməz oldu yolumuza..?"
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
qələmindən oxuduğum 3 cü kitabdır. Əsər Əfqanıstan və 1 ci Qarabağ müharibəsindən, müharibə dövründə xalqımızın göstərdiyi şücaətdən, Kor amaldan.. bəhs edir. Və bunuda qeyd edim ki əsərdə ki obrazlar Qarabağ müharibələrində şəhid olmuş əsgərlərimizin adını daşıyır. Müəllifin bu adları əbədiləşdirməsi ən,sevdiyim nüanslardan biri oldu. Kitab o qədər axıcı, o qədər təsir edici yazılıb ki, oxuduğunuzda özünüzü həmin atmosferdə hissedirsiniz. Oxuyarkən ağır sarsıntılar keçirtdim desəm yalan olmaz.Bütün o acıyı iliklərimə qədər hissetdim.Bəlkədə mən çox həssas olduğum üçün belə oldu bilmirəm.)) Ən təsir edən hissə hansı oldu desəniz ,gərək bütün kitabı danışam... Abdullah,İsrafil,Qasım,Xudayar ,Əliyar,Leyla,Zərifə... hamısı ayrı ayrılıqda iz qoydu qəlbimə... Mehdinin kim olduğunu ilk səhifələrdən təxmin etmişdim)) elədə oldu)) Şərifə hissəsini anlaya bilmədim. Adını deməyinin səbəbi mənə qaranlıq qaldı İlk hissələrdə yazara əsəbləşirdim ki, " Niyə müsbət obrazların şəhid olduğu hissələr dolğun yazılsada,düşmən əsgərinin ölümü "bıçağı başının ortasına keçirdi" "qəfildən atəş açıldı.Narek üzüüstə yıxıldı" kimi sadə cümlələrlə yazılıb. Hər şəhidi oxuyanda iliklərimizə qədər acını hissetdik,sanki canımızdan can getdi. Niyə düşmənin əzab çəkməsini bizə göstərib heç olmasa yanan ürəyimizə su səpmədi?. Sonrada düşündüm ki öz özümə görəsən mən çoxmu qəddaram? Niyə düşmən olsada birinin acı içində ölümünü oxumaq istəyirəm Ancaq sonlarda Adranik və Tiqran ölümü çox cuzidə olsa rahatlatdı Amma Tigranın son sözlərində də gözlərim dolduYəni qısaca kitab pisixologiyamı alt üst etdi
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
şəxsi inkişaf kitablarıyla pisixologiyamı düzəldib, romanlarıyla təkrardan pozuram 10/10 Qüsursuz kitab yoxdur.Qüsurlarıyla sevin kitabları... Kitabla qalın!! Salamat qalın!
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
··
133 görüntüleme
Aytac Aslanlı okurunun profil resmi
Salam. Hələ ki 80 səh oxumuşam. Mənim duruxduğum hissə Xudayarın ilk adı çəkilən yer oldu. Deyir mən hələ konservatoriyaya gedəcəm. Bir an duruxdum qaldım. Məkanları cənnət olsun
Rüqəyya Şükür okurunun profil resmi
Salam. Eynisini yaşadım🥲o hissədə bir müddət dayanıb uzun-uzun düşündüm....
Aytac Aslanlı okurunun profil resmi
Erməni əsgərlərinin söhbəti var. Deyir niyə olduğunu bilmədən, bizim olmayan torpaqlar üçün vuruşuruq. Düzdü çox vəhşiliklər ediblər amma kiminsə əmriylə ediblər. İnsan balacalıqdan qulağına nə oxunur, şüuraltına nə yerləşdirilirsə elə böyüyür. Bizə erməni düşmən kimi öyrədilib, onlara da bizlər elə. Yoxsa biz hardan biləydik onlar bizim düşmənimizdi. Hər müharibə edənlə düşmən olunmur mənə görə. Zamanında Osmanlıyla da müharibələrimiz olub. Onda gərək türklərlə də düşmən kəsilərdik
Rüqəyya Şükür okurunun profil resmi
Amma bunu unutmayaq ki, 92' də xalqımıza verdikləri əzab insanlığa zidd idi. Özümüzdən misal götürək bizə erməni uşağını və ya böyüyünü fərq etməz əzabla öldür desələr əlimiz gələrmi? Qızlara atasının,yoldaşının önündə təcavüz edən,sırf uşaq ağladığı üçün gözü önündə anasının döşünü kəsib ağzına tıxan, qulağını kəsib,gözünü çıxardan və bunun kimi milyonlarla işkəncə törədən erməni xalqı var qarşımızda. Bu sadəcə əmirlə yerinə yetiriləcək birşey deyil. Bunu edə bilmək üçün insanlığı itirmək lazımdı. Oda qaldı doğulandan düşmən kimi görmək, 92'dən əvvəl bir süfrədə oturub çörək kəsirdilər heç kim o bizim düşməndi deməmişdi. Bu düşmən kimi böyütmək 92' dən sonra oldu. Döyüşündə bir qaydası var.... buraxın kişi kimi döyüşməyi adam belə ola bilməmiş bir millətlə qarşı qarşıyayıq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.