Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

320 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler var.
"Bir ovuc torpaq" Varis Yolçuyev'in oxuduğum ilk əsəri oldu. Əsər iki fərqli həyatdan bəhs edir. Əsərin iki ayrı süjet xətti ilə ayrılıb, daha sonra sonluqla birləşməsi olduqca təsirlidir. Bir hissədə Qarabağ torpaqlarından didərgin düşmüş Tələt kişinin ailəsi, Tələt kişinin son nəfəsində işğal olunmuş torpaqlardan bir ovuc torpaq istəməsi və bunu nəvəsi Zaurun böyük məharətlə, qəhrəmanlıqla yerinə yetirməsi ilə, Digər hissədə isə qanun uğrunda qanundankənar mübarizə aparan baş obrazımız Zaur (Zz), Zaurun qardaşı Anar ilə evlənəcək olan Nigarın qaçırılması, Nigarın ögey qardaşının etdiyi iyrənc, ağılasığmaz oyunu ilə bağlıdır. Ən təəccübləndiyim məqam isə romandakı iki Zaur obrazının bir-biri ilə əlaqəsi oldu. Əsəri oxuduqca açığı deyim hər iki hissəni əlaqələndirməyə çalışdıqca bu həyatların nə kimi oxşarlığı ola bilər deyə düşündüm. Bir- birindən fərqli görünən həyatları oxuduqca, bir hekayədən digərinə keçid var idi. Belə olduğu halda biraz sıxıldım. Çünki ilk oxuduğum hissənin davamını gözlədiyim halda digər hissəni oxumalı olurdum. Ancaq əsəri oxuduqca və sona yaxınlaşdıqca bu düşüncəmdən daşındım. Əsəri olduqca bəyəndim. Əsərdən nəticə çıxarmağa gəldikdə isə yenə görürük ki, insana ən böyük zərbəni vuran məhz elə ən yaxını bildikləri olur. İstər doğma olsun istər ögey. Bir ovuc torpağın üzərində neçə-neçə həyatlar var. Bu torpağın üzərində həyatı, torpağın dəyərini kimisi dərk edərək, kimisi isə dərk etməyərək addımlayır. Kitab oxuyan insanlar kitablarda yazılan bir çox həyatlarla tanış olurlar. Ola bilməz dediklərimiz, mümkün ola bilməyəcəyini düşündüyümüz hadisələr var ki, bizlər sadəcə oxumaqla yetinirik. Sadəcə ruhən, qəlbən təsir altında qalırıq. Amma o həyatları yaşayan insanlar bu duyğuların qat-qat artığını yaşayır. Məhz "bir ovuc torpaq" romanı da daxil olmaqla bir çox əsər bu fikirin doğruluğunu sübut edir.
Bir Ovuc Torpaq
Bir Ovuc TorpaqVaris · Vektor · 2009388 okunma
··
233 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.