Gönderi

8/10
·304 syf.··
2023 15. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Ağustos 2023 11:55
Zaman oğrularının və oğurlanmış zamanı geri gətirən uşağın qəribə hekayəsi... XX Əsrin ən önəmli ədəbiyyatçılarından Michael Ende Alman fantaziya və uşaq fantastika yazıçısıdır. Yazıçı Michael Ende kitabları haqqında belə deyirdi: "Hekayələrimi içimdəki uşağa və buna bənzəyən hər kəsə yazıram. Mənim kitablarım 8 yaşından 80 yaşına qədər olan bütün "uşaqlar" üçündür." Yazıçının da sözlərini oxuduqdan sonra Momo kitabının və onun nəzdində bir çox uşaq kitablarının (ən gözəl nümunələrdən biri Balaca Şahzadə) illərdir çox satılanlarda olması, gözardı edilməyəcək dərəcədə bir çox dillərə çevrilərək illərin sınağından keçib öz dəyərlərini qorumasının səbəbini düşündüm. Belə ki, hər kəsin içində bir yerlərdə böyüdükcə itirdiyini düşündüyü o saf,təmiz duyğuların hələ də var olduğunu ilk növbədə özlərinə sübut etmək, uşaqlığının hansısa üzəri tozlanmış xatirəsini bir daha canlandırmaq və ya çox sadə yanaşsaq ən azından kitab bitənə kimi uşaq qalmağı bacarmaq və bunun kimi bir çox səbəb sadalaya bilərik. Kitabda yaşanılanların hansı zaman kəsiyində baş verdiyi naməlumdur. Ancaq günümüzlə əlaqələndirilən nüansların olduqca çox olduğunu görürük. Kitabın əsas məqsədi insanların ən dəyərli xəzinələrinin zaman olduğu və bu zamanı ancaq sevdikləri ilə birlikdə xərclədikdə yetərincə anlam qazanacağını çatdırmaqdır. Həmçinin durmaq bilməyən sürətli axışa qapılmadan zaman-zaman yavaşlamağı, nəfəs almağı insanın ən böyük ehtiyacı olduğunu da bildirməkdədir. İndi isə çox qısa müddətliyinə Momo' nun dünyasına keçid edək. Momo qıvrım saçlı, iri qara gözlü, uzaqdan baxanların 8 yoxsa 12 yaşda olduğunu tam olaraq təyin edə bilmədiyi bir qız uşağıdır. Ailəsi, hardan gəldiyi, əsl adının nə olduğu haqqında heç bir məlumat verilməyən bu balaca qızcığazın hər kəsi özünə cəlb edən bir xüsusiyyəti var idi: dinləmək. Qarşısındakı insanın sözünü sona qədər çatdırmağını gözləyəcək qədər səbiri olmayan günümüz insanlarına nəzər salsaq bu, heç də asan bir iş gəlməsin sizlərə. Momo özünün bu dinləmə bacarığı ilə məskən saldığı kənddə hər kəslə dostlaşmağı bacarmış, kimisinə ilham qaynağı, kimisinin dərdinə şərik olmuş qurtarıcı "mələyə" çevrilmişdi. Hətta kənd sakinlərindən bir sıxıntısı olana "sən Momoya baş çək" deyimi hər kəs arasında geniş vüsat almışdı. Bu qədər dostlarının arasından Momonun ən dərin dostluqda olduğu 2 xarakter ön plandadır: Gigi ləqəbi ilə tanınan Giramo və Beppo. Beppo mənim üçün dostluğun və insanlığın ən təmiz, ən sadiq nümunəsidir. İşi süpürgəçilik olan Beppo çox danışmağı sevməyən( ya da insanları incitməmək üçün ən yaxşı cümləni seçməyə çalışarkən gecikən) sadəcə səbirli insanların dinlədiyi yaşlı birisidir. Və məncə Momo üçün sonuna kimi ən böyük fədakarlıqlarıda məhz Beppo etdi. İndi isə gələk ən sevdiyim xarakter olan Kassiopeia'ya. Kassiopeia Momo'nu gözləyən çətinliklərin öhdəsindən gəlmək üçün ona yaxından köməklik göstərən bir tısbağa idi. Ancaq belə bir sual yaranır. Nə üçün məhz tısbağa? Zoologiya biliyimizi biraz danışdırdıqda tısbağaların olduqca uzun (~200mln il) təkamül yolu keçməsinə baxmayaraq dəyişməz qaldığı nadir heyvanlardan olduğunu, çox yavaş həyat tərzi yaşadıqlarını deyə bilirik. Yavaş hərəkət edən, təkamül etibarilə yavaş dəyişən bir heyvan və yavaşlamağı aşılayan bir kitabı da düşünsək tısbağa tam yerində bir seçimdir deyə bilərik. Son olaraq qarşısına çıxan qara qüvvələrə qarşı mübarizədə Momo'ya dəstək göstərən Hora Usta haqqında danışsaq, Hora Usta bütün insanlara zamanı paylayan şəxs idi. Burada bir nüansı da çatdırmaq istəyirəm ki, Hora usta zamanın sahibi olaraq göstərilən xarakter deyil. Belə ki Momo, Hora ustaya "Zamanı sən mi yaratdın?" Sualını ünvanladıqda Hora Usta "xeyr, mən sadəcə zamanı paylayıram" cavabını verərək yazıçının zamanın da yaradıcısı olan Tanrı'ya vurğu etdiyini açıq aşkar görürük. Son olaraq, 2 gündə sıxılmadan bitirə biləcəyiniz, övladlarınızla, sevdiklərinizlə bir yerdə zamanınızı xoş keçirəcəyiniz şirin, saf duyğularla dolu bir kitabdır "Momo". Hər kəsə xoş mütaliələr
1000k
MomoMichael Ende · Pegasus Yayınları · 201782,1bin okunma
·
204 Gösterim
1 Yorum
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.