Gönderi

Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar birbirlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.
·
51 views
Zahra Nazirli okurunun profil resmi
İndiki zəmanədə müsəlmanlar arasında birlik və vəhdət ən önəmli və əsas amillərdən biridir
Fatimə okurunun profil resmi
Bəli bəzən biz bunu anlamırıq, qəflət yuxusunda oluruq amma gərək ki ayılandan sonra çox çalışaq və süstlük etməyək
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.