Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

93 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Dinə qarşı "din"? #ƏliŞəriətiyəsəyahət
Dinə Qarşı Din
Dinə Qarşı Din
Ali Şeriati
Ali Şeriati
Deməəək,əsərdən öncə yazıçı haqda danışmaq istəyirəm.Çünki yazıçı ziddiyyətli bir şəxsdir. Fikirləri o qədər fərqlidir ki,nə ziyalı təbəqəsi,nə də din alimləri tərəfindən xoş qarşılanmayıb.Buna görə də onu nə tam İslam alimi və mütəxəssisi saymaq olar,nə də Avropalaşmış ziyalı kəsimindən... Ümumiyyətlə, özü də özünü İslam alimi yox,İslama ürəyi yanan ziyalı kimi təqdim edirdi.Buna görə də İslamı araşdırdığı zaman hər bir müsəlman kimi yanlış düşüncə və səhv nəticələrə gəlməsi tamamilə mümkün olan bir işdir. Əli Şəriəti haqda kitabın girişində onun həyatını açıqlayan bir hissə var və bu hissədə Əli Şəriətinin şəxsiyyəti yavaş yavaş sizə məlum olur. Həddindən artıq keşməkeşli həyat yaşayan Əli Şəraiti düz bildiyi yoldan hər çətinliyə rəğmən (bəli,Az.dilində belə söz var) ayrılmayıb. Özünün də Məhəmmədrza Həkimiyə yazdığı məktubda belə deyir: "Mənim kitablarım imkansızlıq və vaxt azlığına görə xam, tələsik və səhvlərlə dolu vəziyyətdə çap olunub.Heç birini elmi kitab saymaq olmaz,onların hamısı baş ağrısının fəryadları,bir yolun nişanələri,oyatmaq üçün bir baxış,yolgöstərən,bir məktəbin ümumi planları,bir dəvət,cəhət və ideyaları və nəhayət,cəmiyyətdə bir növ könüllü fikri və duanı səfərbərlik hesab olunmalıdır. O da sürgün,sıxıntı,nəzarət,hiylə,vaxt azlığı,məni hər an gözləyən faciəli bir şəraitdə... Onların hamısına yenidən baxılmalı,elmi baxımdan islahatlar aparılmalı,əlavələr edilməli,məzmun və texniki səhvləri düzəldilməlidir." Yenə özünün də dediyi kimi bu kitablar bir fəryad,bir yolgöstərən məqsədi daşıyır,İslamı tam izah edən elmi kitab demək olmaz. Bu şəxsin kitablarını hələ də oxumamağı tövsiyə edən alimlər var,lakin digər tərəfdən də Musa Sədr kimi böyük bir alim onun dəfn mərasimində təriflərlə dolu bir nitq söyləyib və Hz.Zeynəb məqbərəsində dəfn olunması üçün çox əziyyət çəkib. Mənə görə Əli Şəriətinin kitablarını oxumaq və oxumamaq arasında sadəcə çox incə bir cizgi var,oxumasaq belə başqa böyük alimlərin kitabları ilə onun kitablarının boşluğunu doldurmaq olar. Keçək kitaba; Kitab adından da göründüyü kimi Dinə qarşı "Din"dən bəhs edir. İndiyə qədər dinsizlik mövcud olmamışdır,din tarix boyu dinlə savaşmışdır.Bu istər təktanrılı,istər çoxtanrılı,istər büt,istərsə də inəyə inam olsun,fərqi yoxdur,nəticədə hamısı hər hansı bir qüvvəyə pərəstiş etdiyi üçün "din" sayılır.Ümumi adı ilə desək, bunların hamısı şirk dinidir. Şirk dini iki cür təzahür edə bilir: 1)Açıq aydın şəkildə bütlərə(ümumi mənada) sitayiş etdiyini bildirərək vuruşan. 2)Tövhid dini adı altında maskalanaraq Tövhid dininə qarşı vuruşan. Ən təhlükəlisi olan 2ci təzahür forması –Tövhid adı ilə maskalanmaq–Dünyanı ələ keçirir. Materialistlər, ziyalılar,alimlər "Din xalq üçün tiryəkdir" fikrini səsləndirir.Bəli,Din tiryəkdir,ancaq hansı din? Hökümətin dayağı olan,onun etdiyi zülmə,təbəqələşməyə "Haqq qazandıran" din? Yoxsa zülmə,təbəqələşməyə qarşı olub,tarix boyu digər dinlərlə mübarizə aparan "İnqilabi" din? Sizcə bu dinləri bir mövqedə tutub "Tiryək dini" adlandırmaq nə dərəcədə düzgündür? Nə dərəcədə bu insaflı bir hərəkətdir? ----- Əsas digər məsələ isə budur ki, peyğəmbərlər inqilabi dini gətirdilər,ancaq davam elətdirmək bizim öhdəmizə düşür. Peyğəmbərlərdən sonra dinin məsuliyyəti artıq bizim boynumuzdadır.Bizim missiyamız keçmişə dönmək deyil,əksinə haqq olan peyğəmbərlərin missiyasını irəliyə daşımaqdır... Qeyd Əsəri oxuyarkən çox diqqətli olmaq lazımdır.Özünün də qeyd elədiyi kimi terminlərə onun düşündüyü kimi yanaşmaq daha düzgün olar.Bir çox məsələni yanlış oxusaq kitab sizə başqa bir şey çatdırar,hətta kitabın sonunda Əli Şəriətiyə ateist belə deyə bilərsiniz.
Dinə Qarşı Din
Dinə Qarşı DinAli Şeriati · Parlaq İmzalar · 03,879 okunma
··
122 görüntüleme
Əli okurunun profil resmi
Əli Şəriəti şəxsiyyətinə dərindən hörmət qoyduğum bir yazardı. Kitablarını oxumağı düşünürəm də. Amma Zənnimcə bu cür ziddiyyətli şəxsləri yazdığı mövzularda olan bilgimizi daha da dərinləşdirdikdən kamilləşdirdikdən sonra oxumaq lazımdı. Çünki insan Əli Şəriətinin elədiyi hansısa nöqsanın nöqsan olmadığını bilmədikdə mənimsəyə bilər ki , bu insanı aparar başqa yerə çıxarar. Biz bəzi nöqsanları ayırd edə bilərik bəlkədə amma elə bir nöqsan ola bilər ki onu bilmərik və kitabdan onu düz kimi mənimsəyə bilərik
Fatimə Təhməzova okurunun profil resmi
İnanın kitabı oxuya-oxuya ən çox düşündüyüm şey "görəsən, bu fikirləri doğrudur?",yaxud da "mən bu fikirləri mənimsəyim,yoxsa yox"oldu.Ona görə böyük,bilən birindən məsləhət alaraq oxumaq mənim üçün daha yaxşı olur,məsələn atam.Kitablar haqda çox bilən bir müəllimimdən də bu haqda soruşanda "Əli Şəriətinin kitablarını oxumasan da olar" dedi + atam da həmçinin.Siz demişkən,məncə, oxuyacağımız kitabdakı məsələlər haqda fikirlərimizi bərkidib oxumağa başlamaq daha məsləhətlidir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.