Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

80 syf.
·
Puan vermedi
Türklər demiş əsl "çerezlik" əsərdir. Rahatlıqla pdf formada 2 saata oxuyub qurtara bilərsiz. Kitabı əldə edib oxumaq istəsəz, başqa nəşrlə maraqlanın. Əsər qısa olduğundan orfoqrafiqk səhvlər, cümlələrin quruluşunun baş-ayaq olması çox gözə batsa da kitabı bitirməyə mane olmayacaq. Yevgeni rəhmətə getmiş atasından qalan borcları ödəmək, təsərrüfata rəhbərlik etmək üçün kəndə köçür. Zamanla bu işlərin öhdəsindən gəlir, borcları ödəyir, evlənir, təsərrüfatı genişləndirir, camaat arasında nüfuzu daha da artır. Xoşbəxt ailə həyatı yaşadığı anda subay vaxtı elədiyi eşqbazlıq indi onun başına bəla olur. İstəyi ilə iradəsi arasında mübarizə onu sonda gözlənilməz yola əl atmağa vadar edir. Bəzi nəcib xüsusiyyətlərinə görə Yevgenini "Anna Karenina"dakı Levin obrazına bənzətdim. Ancaq Levin də özünəməxsus xarakteri ilə Yevgenidən çox üstündür.
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,401 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.