Gönderi

Ramiz Rövşən- Bu şəhərdə ən gözəl iş
Bu şəhərdə ən gözəl iş Səni sevməkdi, sevmək! Səni bu şəhərin hər qarışında, Yazında, yayında, qışında sevmək. Səni qaranlıqda, işıqda sevmək. Tellərini tükbətük, Əllərini barmaq-barmaq sevmək. Hər gün sənə şeir yazıb, Səni varaq-varaq sevmək. Varağa hopan mürəkkəb kimi Sənə hopmaq. Hər gecə özümü səndə itirib, Hər səhər yenə tapmaq. Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə,təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin. Burda təkcə səni qazanmışam mən, Bəxtim öz işini bilirmiş demə. Yüz yol bu şəhərdə yol azmışam mən, Bütün yollar sənə gəlirmiş demə.
·
29 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.