Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
·
Beğendi
KORKMADAN YE!
Bu həftəyə həm psixoloq həmdə yazıçı kimi tanınan Zaza Yurtseverin Korkma YE kitabını oxumaqla başladım, kitab yemək yemə psixologiyasından həm elmi məlumatlar əsasında həmdə həyatdan nümunələr verilərək, diyet haqqında bildiyimiz düzlərin əslində tam həqiqəti əks etdirmədiyini bizə xəbər verir. sizəə kitabdan mənə maraqlı gələn bəzi hissləri paylaşmaq istəyirəm. Bəlkə də bəzilərinizin yadına da qalar, səhf eləmirəmsə 5 ci sinif ingilis dili dərsliyində marofonun tarixi haqqında qısa bir Metin verilmişdi, Deyirdiki: Yunanlıların elçisi farslara qarşı döyüşdə qalib gəldiyi xəbərini çatdırmaq üçün Marofondan Atinaya qədər qaçır və xəbəri verdikdən sonra ölür. psixoloq deyirki: çox gümanki onun ölüm səbəbi bədənində yüksək səviyyədə endorfin ifraz etdiyi üçündür. yaxşı bu endorfin nədir axı belə bir insanın ölümünə səbəb olub, Beynimizdə ifraz olunan maddələrə endorfin deyilir. Bədənimiz stress altındaykən beynimiz endorfin ifraz edir, və bədənimizin o vəziyyətlə başa çıxmasını sagliyir,. Fərz edinki bir yol qəzası kecirmisiz və yaralanirsiz bu zaman bədənizdəki ağrını hiss etdirməmək üçün beyniniz endorfin ifraz edir və sizi bir növ keyləşdirir. başqa bir nümunə qadınlar doğum edərkəndə endorfin ifraz olunur doğum ağrıları ilə mübarizə aparması üçün. Bundan başqa kitabda xoşbəxtlik hormonu adlandırdığımız serotonin haqqındada məlumatlar verilib. kitab daha çox insanların incəlmək üçün istifadə etdiyi diyetlerin nə qədər yanlış olduğunu və bunun psixologiyasından danışır. əgər sizədə maraqlıdırsa bunun kimi məlumatlar bu kitabı oxuya bilərsiniz.
Korkma Ye !
Korkma Ye !Zaza Yurtsever · İnkılap Kitapevi · 201215 okunma
··
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.