Gönderi

Dövlətlilər binalarının damında əzəmətli qübbə qoyurdular, bununla da sərvətlərinin tükənməzliyini nəzərə çarpdırmaq istəyirdilər. Bir kaşanədə bəzən hər küncdə və baş fəsadlarda qübbə ucalırdı və hər qübbə, guya bir milyon manat sayılırdı. Qübbələrin ortasındakı milə ştandart qaldırıb tanış adamlara, qohum-əqrəbaya o gün hansı salonda ailə yığıncağı, ziyafət, ad günü olduğunu xəbər verirdilər. Hər dövlətlinin öz ştandartı vardı. Əzəmətli binalardakı altı-yeddi otaqlı mənzillərdə nahar salonunda orkestr bucağı vardı ki, musiqiçilər oturar, çalar, xanəndələr oxuyar, məclisdəkiləri əyləndirərdilər.
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.