Gönderi

Məhkəmələrdə yalançı şahidlər olurdu. Hakim iddiaçıları üstündə dava düşmüş əraziyə aparır, adamları dindirirdi. Molla əlindəki Qurana, şahidlərə əl basdırıb and içdirirdi. Yalançı şahid Qurana əl basıb belə qəsəm edirdi: "And olsun bu Qurana, ayaqlarımın altında olan torpaq iddiaçının ata-baba torpağıdır". Doğrudan da, ayağının altındakı, əvvəlcədən ayaqqabının içinə tökdüyü torpaq iddiaçının ata-baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava açdığı torpağın, yerin isə iddiaçıya heç bir dəxli yox idi.
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.