Tadımlık bir kitab
9/10
·296 syf.··
2023 12. kitabı
·
8 saatte okudu
·
Okunma: 25 Ağustos 2023 15:10
Sonunda məndə bu kitabı oxudum. Bu kitab mənim oxuduğum ilk romantik tərzdə olan kitab idi. Özümün Koreya mədəniyyətinə onların musiqisinə marağım olduğu üçün kitab çox axıcı irəlilədi. Lakin, gözlədiyim kimi bir kitab olmadı. Mən daha çox təsvir vasitələrindən istifadə olunmasını və daha geniş yazıla biləcək hadisələrin kitabda yer almasını istərdim. Amma, unutmamaq lazımdır ki, bu bir "gençlik romanı" kateqoriyasına aid bir kitabdır və bu kateqoriyada olan kitablar daha çox sırf zövq üçün oxumağa görə yazılıb. Birdə sonu daha fərqli yazıla bilərdi. Belə olanda özümü bir az yarımçıq hiss edirəm. Nəticədə mənə zövq verdimi? Verdi. Kitabı sevdim mi? Sevdim. Sizə tövsiyəm əgər ilk dəfə beləsi bir kitab oxuyursanızsa hadisələrdə bir məna, bir məntiq axtarmayın. Daha çox kitabdan zövq almağa çalışın.
Edebiyat
XoxoAxie Oh · Artemis Yayınları · 20221,306 okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.