Kitabseverler qrupunun və AlfaCin nəşriyyatînın növbəti şirini, səkəri ,yayı, yazî, dəcəli ,mehribanını da oxuduq, bitti.
Nağıl-roman o qədər təbiətin rəngli çalarlarıyla dolu idi ki, dilim ağzima sığmır, hislər çoxdur.
Kitabı övladınızla, şagirdinizlə oxuyanda hər bölümünü sorğulamaq lazım gəlir, çoxlu suallar verib , müzakirə apara bilərsiz.
Əsl pedoqoji cəhətdən uşaqları əylənərək öyrədə biləcəyimiz , düzgün istiqamətdə yönləndirə biləcəyimiz kitablardan biridir.
Çox bəyəndim. Kitabın içində doğru davranîşlara aid hər şeyə toxunulub.
Niyə uşaqlar dəcəldir, bir yerdə dura bilmir onun çox gözəl nümunəsi vardı ki, uşaq o nümunəylə özünü anlaya bilər , yoldaşlarına da empatiya bəsləyə bilər.
Üz qabığı da nağılın içindəkilərlə tam olaraq üst -üstə duşür. Kim seçibsə çox uğurlu seçim imiş.