Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

241 syf.
5/10 puan verdi
Bu kitabı qətiyyən bəyənmədim. Seriya içərisində ən soyuq və uzaq olduğum kitab olması ilə bərabər sanki yazar da yazdığı rollardan soyumuşdu. Əvvəlki kitablardakı kimi əsas rollarımız da yox idi. Aslan artıq uşaqlardan çox uzaqlaşıb onun inancı davam etsə də, özü bu kitabda çox az göstərildi . Bununla kitabın əsas rolları olan Eustace və Pole bu dünyanın o çox sevdiyimiz cəsurluğu və zəkaları ilə parıldamır yanlızca Suratsız adlı rol Narnianı və o dünyanın vədaşlarına xas xüsusiyyətlərini göstərirdi. Onsuz da nənim gözümdə seriya əvvəlki kitablarında uşaq kitabı olmaqdan çıxmışdı amma bu kitabda bu bir daha təsdiqləndi ( uşaqların nəhənglər dünyasında danışan bir ceyran balasını yeməsini qeyd etməsi ). Mənim sevdiyim tək nöqtə, torpaq halkının olduğu hissələr idi. Mən oradakı yaşayan insanları müharibə dövründə vuruşan xalqlara oxşatdım və yazarın da o dövrdəki müharibədən ilhamlanaraq yazdığına inanıram.
Gümüş Sandalye
Gümüş SandalyeC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,033 okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.