Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

200 syf.
8/10 puan verdi
·
Beğendi
Mənim kimi köhnə nağılları sevənlər bu kitabı çox sevəcək. Amma Tuhaf masallar kitabının içində adından da bəlli olduğu kimi bizə tanış nağıllardan fərqli olaraq baş rollarında tuhafların yer aldığı nağıllar var. Bu kitab həmçinin Bayan peregrine'in tuhaf çoçukları seriyasının yan kitabı kimi də gedir və bu nağılları toplayan şəxs də seriyamızın məşhur görünməz obrazı Millard Nullingsdir. Amma seriyanı oxumuyanlar da kitabı rahatlıqla oxuya bilər. Nağıllardan yanlızca üçüncüsü seriya ilə əlaqəlidi. Əslində o da tam olaraq kitablara bağlanmır. Belə ki, İlk Ymbryne nağılında ymbrynelərin (quş sürətinə bürünə bilən həmçinin zaman döngüləri yarada bilən qadınlar) və seriyanın qəddar sayılan obrazların hansı nöqtədən indiki zamana gəldiklərinin açıqlaması verilib. Kitab ümumi 10 nağıldan ibarətdi: Şaşaalı Yamyamlar, Çatal dilli Prenses, İlk Ymbryne, Hayaletlerle Arkadaşlık eden kadın, Cocobolo, Saint Paul'ün güvercinleri, Kabusları ehlileştiren Kız, Çekirge, Denizi zapt eden oğlan, Cuthbert efsanesi. Aralarında ən bəyəndiyim birinci nağıl Kabusları Ehlileştiren Kız oldu. Bəzən başqalarına yaxşılıq üçün etdiyimizi hərəkətlər əslində böyük yanlışlara səbəbiyyət verir və nə qədər qəribə olsa da sənə verilən bacarıqdan istifadə etməmək bəzən ən yaxşıdır. Digər xoşuma gələn nağıl isə Cocobolo oldu. Burda bir daha göstərilir ki, digərlərində fərqli olmaq sənə nə qədər çətin olsa da öz təbiətindən uzaqlaşmaq ən çox sənə xəsər yetirir. Sən özünə zülm edərik bütün çətinliklərin üstəsindən belə gəlsən o insanları səni yenə qəbul etmir. Sonda qayıtdığın yer yenə özün və səni lap əvvəldən hər halınla qəbul edən insanlar olur.
Tuhaf Masallar
Tuhaf MasallarRansom Riggs · İthaki Yayınları · 2017504 okunma
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.