Bu kitab yazıldığı dövrdə çox vacib yerə malik kitab olub, Jane Austenin ən sevilən kitabıdı. Bunu bilərək və əslində çox böyük inacla sevəcəyimə düşünərək bu kitabı oxudum. Amma çox təəssüf hissi ilə yazıram ki, kitab sevimlilərim arasına daxil olmadı həmçinin bəzi yerlər çox sıxıcı gəldi. Ancaq yazar qürurun bir çox zaman insana faydasından çox zərərinin dəydiyini və əgər baş verən hadisələri qəbullanmağı bacarmasaz sonun daim pis olacağı fikrini çox yaxşı verib.
Qısaca bu kitab mənim kimi romantik və bir qədər klassik sayılan əsərləri sevməyənlər üçün tövsiyyə edilməsə də oxunmayacaq qədər də pis bir kitab da deyildi.