Gönderi

332 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 5 days
- Elxan bəyin qələminin məhsulu olan dedektiv romanlar haqqında fikirlər müxtəlifdir. İlk öncə qeyd etmək istəyirəm ki, E. Elatlının " Adsız tablo" dedektiv romanı ilə mütailəmi bugundə uğurla davam etdirirəm. Axıcı olub özünü oxutmuşdur. Təbii ki, bir ədəbiyyat nümunəsi deyil. Ancaq əsərlərində ailə məişət problemlərini, kişi qadın münasibətini,vətənə sevgi və xəyanəti ön plana çəkmişdir. ° Uğursuz gecə Əsərdə hadisə 2020ci ilin Corona virusun bütün dünyada tüğyan etdiyi vaxtda və 14 iyul Tovuz döyüşlərindən sonra 16 avqust tarixində cərəyan edir.Başqa əsərlərində də artıq hər kəsin tanıdığı Qambay Qasımlının qaynı Cahidin dilindən danışılır hadisələr. Düzdür arada Cahidin fikirləri məni dolaşdırırıdı. Cahid yeni aldığı Mayor rütbəsi münasibətilə evində dostlarından ibarət kiçik qonaqlıq məclisi keçirir. Həmin qorxunc eyni zamanda faciəli hadisə də həmin gecə baş verir. Həmin gecədə özünə mənəvi ata seçdiyi Əhəd əmisi, Qnvay müəllim və digər dostları və iş yoldaşları da iştirak edirdi. Baş vermiş hadisənin daha aydın açılmasına səbəblərdən biridə Q.Qasımlının həmin məclisdə iştirak etməsi idi. Əhəd əminin qızı və bir müddət Cahidlə yaxın sevgi münasibəti olan Nihal həmin gecə atasının bağ evində qapıda intihar edir. Əslində Nihalın hər şeyi vardır, bir şeydən korluq çəkirdi oda 'Sevgisizlikdən...İstintaq işi bir müddət düyünə düşür. Lakin yenədə Qambay Qasımlının əli ilə bütün düyünlər bir bir açılır. Sonda qatilin kimliyi məni təəccübləndirdi. Sevmədiyim bir nüans oldu hər şeyi çox xırdalığına kimi yazılmasıdır.Hər kəsə xoş mütailələr.
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
·
95 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.