·560 syf.····Okunma: 29 Ağustos 2023 00:00 Deməli, yenə zorla aparıldığım bir qohum ziyarətində idim (some ildə bir dəfə rayona gedəndə qapı-qapı görücüyə çıxarılan tələbə qız problems and "indi neçənci kurssan", indi neçə il oxuyassan", "indi bitirəndə nə həkimi olassan ki sən" suallarına hər il cavab verməli olan tibb tələbəsi problems) , internetim, kitabım yox idi. Aşşşırı dərəcədə usanırdım. Telefonun fayllar qismindəki ən son yüklü kitabı random şəkildə açıb oxuma qərarı verdim. Bizim Cinciva istək qrupunda istənildiyi, atdığım üçün son kitab bu idi. Romcomdu, axıcı, maraqlı olar, tez bitər, hekayənin ortamı da maraqlıdı deyə düşünüb başladım...
Dünyanın ən sıxıcı, saqqız kimi uzanan, bir nəticəyə varmayan olaylarından ibarət 560 səhifəlik işgəncə ilə üzləşdim. Kitabın sadəcə smut səhnələrinə (18+ yəni) görə belə çox oxunduğuna and içərəm, sübuta da ehtiyac yoxdu. Okay, belə səhnələr məni narahat etmir, ama ortada tutarlı bir obraz, tutarlı bir ilişki, tutarlı bir hekayə və tutarlı bir son olmayandan sonra 560 SƏHİFƏ necə dözürsünüz axı ? Bir yerdən sonra kriz keçirib ötürə-ötürə sadəcə bitirməyə fokuslandım. Özümə bu işgəncəni etməsəm daha yaxşı olardı təbii ki, ama işte mükəmməlliyətçi damarım...
Hekayə bu aralar trend olan buz idman növləri temalı romantikalardan olmalıydı, ama iki obrazın da sporu, mübarizəsi barədə demək oıar ki, heç nə yox idi. Aralarındakı münasibət mənə sadiq, səmimi bir münasibət kimi gəlmirdi, qızın komandanın bütün digər üzvləri ilə sərhəddi aşan yaxınlığı, ortada dönən zarafatlar və s bəlkə də, Amerikan gəncliyi üçün normaldı, ama mənim içedönük ilişki anlayışım üçün hədsiz irriteediciydi. "İkinci erkek vakası" çoox açıqca bəlli idi, adam bütün hərəkətləri ilə qızdan xoşlandığını (necə xoşlanmaqdısa day) , onu manipülə etdiyini, münasibətini də baltalamağa çalışdığını göstərirdi, hekayədə hamı bunu başa düşdü, bircə başrol qızdan başqa. 520-30-lu səhifələrdə gerçəyi öyrənir, müsabiqə partnyorluğunu ləğv edir və uzaqlaşır. Hər şey bu qədər kəskin, birbaşa olub rahat şəkildə həll ediləcəkdisə, niyə 500 səhifə acı bağırsaq kimi uzanırdı day ? Həddindən artıq mənasız, altyapısız, bomboş hekayə.
Allah aşkına, 18+ səhnə oxumaq istəyirsinizsə də, direkt porno kitabları oxuyun. Və sırf tiktokda bir-iki bloger pul qarşılığında reklam edir deyə, hər dəxlisiz kitaba bu qədər pr, pul qazandırmayın, vallah heyifdi, sonra o yazıçılar özlərini Nobellik, Bookerlik ədib zənn edirlər.
Əlqərəz, kitabı heç kimə tövsiyə etmirəm. Amma onsuz da oxumayan istənilən halda oxumayacaq, oxumaq istəyən hər türlü oxuyacaq. Boş verin, əsəbimi tökürdüm sadəcə, xoş günlər hamıya ahahahah