Gönderi

9/10
·328 syf.··
2023 23. kitabı
·
10 günde okudu
·
Okunma: 31 Ağustos 2023 00:00
Çingiz Aytmatov:"Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir".Çingiz Abdullayevin"Namərdin üslubu"əsəri mənim üçün ağılda qalacaq kitablardan oldu.Mövzu bundan ibarətdir ki,rus biznesmeni olan Aleksandr Mixayloviç və onun kompaniyası hərracda iştirak etməlidir.Rus biznesmenin rəqibləri isə bunun qarşısını almaq üçün çox peşəkarlıqla bir plan hazırlayırlar.Bunun həlli üçün isə rus biznesmen dedektiv Dronqoya müraciət edir.Dronqo öz ağlı və üslubu ilə bu məsələni həll etməyə çalışır.Hər nə olursa olsun bu məsələnin həlli üçün çalışır.Qarşısına çıxan manelərə qarşı ağlı ilə çıxış yolu tapır.Özünündə dediyi kimi:"Üçüncü variantda vardır.Göyə atılan qəpik til üstə düşdüyü kimi.Milyondan bir şansdır,amma o,hər zaman var".Qətlin açılmasında bir nüas çox xoşuma gəldi.Əlbəttə,bu Dronqonun ağlı nəticəsində aşkara çıxdı.Bir sözlə,oxunmağa dəyər kitab idi ,mənim üçün.
Edebiyat
Namərdin ÜslubuCengiz Abdullayev · Qanun Nəşriyyatı · 201498 okunma
·
51 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
😍♥️
😍😍👍🏻👍🏻