Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

264 syf.
·
Puan vermedi
Rus ədəbiyyatını onsuz da, çox sevirəm, bu kitabı da sevdim. Deməli, kitabda əsasən yeni nəsil ilə köhnə nəsil arasında münaqişə əks olunur, lakin eyni zamanda ailə münasibətləri xüsusilə də, atalar ilə oğullar arasında olan münasibət kitabda öz yerini almışdır. Kitabda Bazarov, Arkadiy və onların ataları ilə olan münasibətləri yer alır ki, burda da bir sıra fərqliliklər görürük. Hansı ki, Arkadiy baxmayaraq, öz hərəkətləri ilə Bazarovun gözündə yüksəlməyə və ona bənzəməyə çalışır, amma nə qədər olmadığı birisi kimi davranmağa çalışsa da, Bazarovdan fərqlənir. Əsas obrazımız olan Bazarov nihilistdir. Onun üçün mənəvi dəyərlər heç bir məna kəsb etmir. O, sadəcə olaraq öz ixtisası üzrə araşdırmalara davam edir. Amma heç gözlənilmədiyi halda Bazarov Anna Sergeyevnaya aşiq olur və ilk başlarda bunu qəbul etmək istəmədiyi üçün özünə belə etiraf etmir. Bir sözlə, onun ürəyi söz dinləmir. O, eşqə inanmırdı və onun mənasız bir şey olduğunu düşünürdü. Bununla yanaşı Bazarov həmçinin valideynlərinə qarşı da duyğusuz və məsafəli davranır. O, sadəcə öz hisslərini Anna Sergeyevna qarşısında açıq-aydın bir şəkildə ifadə edir. Kitabın sonunda hər bir obraz haqqında oxucunu məlumatlandırma məqamını bəyəndim. Xoş mütaliələr. ☆☆ - Yalnız buna mutsuzluk dememeliydim. Tam tersine, başına böyle bir şey gelen kişi acınacak biridir. - Nasıl bir şeymiş bu? - Aşık olmak.
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Can Yayınları · 202044,4bin okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.