Gönderi

700 syf.
9/10 puan verdi
·
32 günde okudu
Elxan Elatlıdan nöbəti oxuduğum kitab “Qan ləkəsi” oldu. İlk olaraq kitabda baş verən hadisə haqqında bəhs edəcəm. Əsərdə baş verən hadisə “Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırmasıyla” başlayır. Kitabda çox obraz var. Və buna görə qeydlər götürmək daha uyğundur. Kitab həqiqətən çoox axıcı idi. Lakin bəzi yerlər uzadılıb deyə düşünürəm. Bəli Leopard obrazını sevirəm. Amma bəzi səhnələri özəlliklə də Cəhalə ilə olan münasibətini sevmədim… Məncə olmasa da olardı. Ümid edirəm bundan sonra oxuduğum kitablarda Leopard belə olmasın. Məncə Cəhalə və üstəlik Məltəm obrazı çoox şişirdilmişdi. Cəhalənin düşüncələrini və hərəkətlərini sevmədim. Kitabda elə yazılmışdı ki, sanki Cəhalə nə edirsə düzdür… və Məltəmə gəlsək kitabın hansı hissəsin oxusanız ancaq gördüyünüz “çoox gözəldir, məsumdur… və s.” bu ifadələri hər səhifədə görmək şəxsən kitaba qarşı göz devirməmə səbəb oldu. Yəni təbii ki, bunlar Mənim səxsi öz düşüncələrimdir. Qısaca kitab yaxşı yazılmışdı, oxumağa dəyər. Sevmədiyim hissələri çıxmaq şərtiylə. Məndən bu qədər Xoş mütaliələr.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
·
151 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.