Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
Tənhalıq..
"Qəhrəmanı müəllifindən məşhur olan əsər. "Kapitan Qrantın uşaqları romanından sonra oxuduğum digər maraqlı xarici ədəbiyyat nümunəsi. Bu əsərin də yeri məndə özəldir. Çünki mənə illər öncə oxuduğum zaman keçirdiyim saf və təmiz uşaqlıq hisslərimi xatırladır. Çox sevdiyim və təkrar eyni həyəcanla oxuduğum romandır. Təsəvvür edin ki, gəmi qəzasından sonra gözdən uzaq bir adaya düşürsünüz. Tək-tənhasınız. İlk olaraq nə edərdiniz, nə fikirləşərdiniz? Robinzon ilk növbədə təlaşa qapılır, öz taleyini lənətləyir. Ancaq sonra o qədər insandan təkcə özünün sağ qaldığı üçün şükr edir. Məncə, romanın vermək istədiyi əsas ideya burdadır. İnsan hansısa uğursuzluqla qarşılaşarsa ümidsizliyə qapılıb bəxtindən şikayətlənməməlidir. Olduğu mövqe üçün şükr etməli, ondan da pis vəziyyətdə olan insanları düşünməlidir. Çünki, insan məhz ümidini itirərsə həqiqən məhv olar uduzar. İndi, görəsən, o, həyatda qalmaq üçün vacib işləri necə yerinə yetirəcək? Harda qalacaq? Qida ehtiyyatı nə olacaq? Necə qorunacaq? Onun adada yaşayışı 28 il uzanır. İlk aylar o insanların yanına qayıtmaq istəyir, Dəli olmamaq üçün öz-özünə danışır. Ruhi müvazinətini qorumaq üçün Tanrıya dualar edir, İncil oxuyur. Lakin bir gün heç vaxt insan ayağı dəyməyən bu torpaqda insan ləpiri ilə qarşılaşır. Onun təlaş və qorxusunu təsvir etmək mümkün deyil. Bəli indi onun ən böyük qorxusu öz cinsindən olan İnsan idi. Bir vaxt görmək üçün arzuladığı insan... Bu insanlar adam əti yeyirdilər. Bəs sonra necə olur ki, o belə vəhşi yam-yamlardan birini əhliləşdirir? Növbəti illərdə daha böyük fəlakətlər baş verir Adaya başqa silahlı insanlar gəlir. Robinzonun əmlakını talayır, aralarında döyüşürlər. Sonra nələr olur? 28 illik ada həyatı bitirmi? Robinzon Dəniz səyahətindən əl çəkirmi? Sevdiyim hissə. Gör insanın həyatı taleyin əlində necə bir oyuncağa çevrilir! Bu gün sevdiyimiz şeyə sabah nifrət edirik: bu gün axtardığımız bir şeydən sabah üz çevirib qaçırıq. Bu gün bütün varlığımızla arzu edib istədiyimiz bir şeyin haqqında sabah hətta düşünmək belə istəmirik və onu yada salmaq bizi dəhşətə gətirir. Mən o zaman bu qəbildən olan ziddiyyətlərin arasında qalmış insanın ən əyani bir nümunəsi idim. #robinzon
Robinzon Kruzo
Robinzon KruzoDaniel Defoe · Altun Kitab · 201721,7bin okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.