SatrançStefan Zweig Nə yazsam da bu kitabı anlatsa... Oğuz Atayın da dediyi kimi "kelimeler bazı anlamlara gelmiyor". "Bilinməyən bir qadının məktubu" dan sonra yenə Zweig oxumalı olduğumu düşündüm. İnsan hiss və psixologiyasını o qədər dərin, detallı təsvir edib ki oxuyanda qəribə bir şəkildə insan qəhrəmanın yaşadıqlarını hiss edir. Əsərin adı Satranç olsa da bir şahmat oyunundan daha çoxu var bu kitabda. Bir heçliyə məhkum edilən Dr. B nin hücrədə keçirdiyi o dəhşətli aylarda hiss etdiyi iç sıxıntısı və təcrid edilmişliyin verdiyi acı, xəstəlik, hətta dəlilik səviyyəsinə belə çatır. Kitabda müəllif insanın kitaba, ünsiyyətə olan ehtiyacını və monoton bir həyatın insan doğasına nə qədər zidd olduğunu ustalıqla vurğulayıb: Yani bakacak yeni, başka bir şeyim olmuştu en sonunda ve açlıktan çılgına dönmüş gözlerim her ayrıntıya hırsla saldırıyordu. Bu paltolardaki her kıvrımı gözledim, örneğin ıslak yakaların birinden sarkan bir damlayı ayrımsadım ve bu size çok gülünç gelebilir ama, çılgınca bir heyecanla bu damlanın ne yapacağını bekledim, en sonunda kıvrım boyunca aşağı mı süzülecekti, yoksa yer çekimine biraz daha direnip olduğu yerde mi kalacaktı; evet, sanki; yaşamım buna bağlıymış gibi, dakikalarca soluk almadan bu damlayı izledim.
Sıxıntıdan dəli olmamaq üçün güclə tapdığı kitabı hücrəyə gətirməyi bacaran Dr B nin kitabdakı bütün şahmat qaydalarını öyrənib bitirdikdən sonra öz özü ilə şahmatı bu qədər möhtəşəm oynayarkən beynində və ürəyində keçirdiyi həm maraq, həm ziddiyət, həm hırs,həm də sarsıntı kimi qarmaqarışıq duyğuları nə qədər istəsəm də ətraflı izah edə bilmərəm.
Təvözökar və istedadlı Dr B nin fonunda digər obraz olan özündənrazı, soyuqqanlı şahmat ustası Czentoviç çox sönük qalır, puldan başqa heç bir şeyə önəm verməyən bu insan, insani normal duyğulardan məhrum bir robotdu deyə bilərəm və buna görə də onun haqqında yazmağa dəyər bir şey görmürəm. Bu, oxumağa sonuna qədər layiq olan kitabı mütləq oxuyun deyərdim.