Gönderi

Türkçülük təbliğatının gerçək önəmini anlamağınız üçün sizə bir türk paşasının türk əsgərinə onun müsəlman deyil, türk olduğunu necə çətinliklə başa salması haqqında əhvalatı danışacağam. - Sən hansı millətdənsən, Mehmet? - deyə paşa bir dəfə yanındakı əsgərdən soruşur. Mehmetcik cavab verir: - Allaha şükür, müsəlmanam! İslam dindir, mən isə səndən hansı millətə mənsub . olduğunu soruşuram. - Mən müsəlmanam, - deya əsgər təkrar edir. Paşa izah etməyə başlayır ki, millət dinə görə deyil, dil ilə təyin olunur və Mehmetin dili türk dili olduğu üçün, onunmilliyyəti də türkdür. Mehmetcik çaşıb qalır - Bəli, Mehmetcik, təəccüblənmə, sən də mənim kimi bir türksən. - Allah eləməsin, bu necə ola bilər ki, mənim paşam türk olsun!.. deya mehmetcik məyis şəkildə cavab verir. Hələ 20 il əvvəl Rusiyadakı bir çox yetərincə ziyalı "müsəlmanlar" da belə acı durumda idilər. Ancaq indi, "panturanizm"in sayəsində, həm Sovet Rusiyasındakı müsəlmanlar, həm də "osmanlılar" özlərini eyni cür türk adlandırırlar.
Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar
Panturanizm haqqında, Qafqaz problemi ilə əlaqədar
·
39 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.