9/10
·285 syf.··
Beğendi
·
2023 21. kitabı
·
22 saatte okudu
·
Okunma: 06 Eylül 2023 18:43
Hardan başlayım sözə bilmirəm. Ağlımda Qarmaqarışıq o qədər düşüncələr var ki.. Əsər detektiv janrdadır, dili sadə va rahat, həcmi də kiçikdir. Səhifə həcmi kiçik ola bilər, amma içindəkilər.. Bu dərəcə diqqətimi çəkəcəyini düşünmürdüm, sadəcə Azərbaycanlı gənc bir yazarın əsəridir, görüm “bizimkilər” necə yazır, inkişaf və ya dəyişiklik varmı, düşüncəsilə başlamışdım. Bəli dostlar, sevindirici xəbərdir, var. Əsər mövzusu ilə ilk başda da diqqəti cəlb edirdi, başlarda insan sadəcə bir hekayə oxuyur və hadisələr bir qədər sonra daha maraqlı və həyəcan verici hal alır. Ağlında hər şeyi, kimin nə edə biləcəyini düşünməyə başlayırsan. Günahkar bir yerdə əslində özünü ələ vermişdi, bununla belə hekayənin marağı və həyəcanı ölmür. Qarmaqarışıq əsəri, yazarın, kənardan bir səsin hekayəyi danışması ilə başlayır və belə də dəvam edir. Mən son zamanlar, hekayəni baş obrazların dilindən dinləməyə öyrəşdiyim üçün ilk başlarda bu mənə qəribə gəldi, etiraf edirəm. Lakin bu şəkildə də hekayənin məğzi maraqlı idi, çünki Murad obrazının da köməyi ilə müasir dövrün bir çox problemi yazar tərəfindən səsləndirilmişdi. Maraqlısı budur ki, bu problemlərin içində və eyni səhvləri edən Murad obrazı, real dünyadakı insanların hər gün etdiyi kimi, eyni səhvləri özü də edir, lakin başqalarını qınayır, sonra isə içində şübhə və vicdan əzabının səsi ilə boğuşurdu. Müasir dünyanın, hər zamankı insanının timsalı… Hansımız belə deyilik ki? Murad... 11ci sinif şagirdi olaraq, yaşından iəli gələn düşüncə tərzini və hərəkətlərini əslində biraz normal qarşılaya bilərik. Sadəcə insanları, hansı ki, məktəbdəki uşaqlardır bunlar, çox ötəri, dərinliyinə getmədən öz düşüncəsində etiketləyirdi. Mənə maraqlıdır bu etiketdən özünə də bir pay ayırırdımı? Hümranı sevdiyi halda, başqa qızlar ilə görüşməsi, danışması, lakin Hümraya daim baxması.. Nə yalan danışaq, indiki bir çox gənc oğlanın timsalıdır Murad. Ahh, Səbinə... Başına gələnləri oxuduğumuz hissədə də xeyli təsir etmişdi hekayəsi mənə. Yaşanılanlar necə də bir neçə cümləyə sığdırıla bilirmiş. İnsanlar ‘mentalitetə’ , olmayan “namusa” necə də qurban verilir. Fərid.. Minə.. Qəlbim incindi, bu qədər saf bir sevgi etiraf edilə bilmədən sonlandı. Bütün gələcək üçün çəkilən əziyyətlər bir anın içində heçnəyə çevrildi. Bəzən hər şey üçün gec ola biləcəyini östərən bir hekayə oldu, Fəridin hekayəsi. Ravin.. Başına gələnlər, bilmirəm nə deyim, yenə də atasının yanında olması, axsayan qoca və qızına etdikləri qəbul edilməzdir sadəcə. Hekayənin bu kitabla bitəcəyini düşünürdüm, lakin Nəimi elə bir yerdə bizi tək qoydu ki, indi gəl növbəti kitabı gözlə :) Qarmaqarışıq kitabına və hekayəsinə şans verin və oxuyun. Yazara isə növbəti işlərində uğurlar! Qələminə və Əməyinə sağlıq.
2023 Okuma Raporları
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
··
558 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
"...real dünyadakı insanların hər gün etdiyi kimi, eyni səhvləri özü də edir, lakin başqalarını qınayır, sonra isə içində şübhə və vicdan əzabının səsi ilə boğuşurdu" Hər bir oxucumun fikirləri, ayırdığı vaxtı mənim üçün çox dəyərlidi, amma deyəsən sizin incələməniz içlərində ən bəyəndiyim və məni hədsiz sevindirəni oldu. Ən çox da Murad obrazını bu cür anlamağınız. Həqiqətən də Murad bizik, insanlardı, hər birimiz. Çox sağolun, çox təşəkkür.🙏✨
Səyyarə İbrahimova
Gönderi Sahibi
Əsəri oxumaq və tanışlıq hissini yaşamaq gözəl birşey idi. Heayə, roman sevən bir oxucu olaraq çox bəyəndim bu əsəri. Nə xoş ki, incələməmi də bir yazar olaraq siz bəyəndiniz. ✨🔆