Gönderi

152 syf.
9/10 puan verdi
·
Liked
Delfin Minuinin “ Mən Nucudam, 10 yaşım var və boşanmışam “ kitabını oxudum. Kitab yaşanmış taledir. Yəmənli Nucud Əli 10 yaşına qədər həm ailə həyatı qurmağa, həm də boşanmağa imkan tapıb. Təbii ki, ərə verilmək öz xoşu ilə olmayıb. Nucud Əli 9 yaşında ailə həyatı qurmağa məcbur edilib. Daha doğrusu özündən 3 dəfə yaşlı kişiyə satılıb.Toy çalınanda ərinin 27 yaşı varmış. Əri evləndikləri gecə onun gənc qız olmasını gözləməyərək ona təcavüz edib. Nucud iki ay ərzində gündüzlər qayınanası, gecələr isə əri tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalıb. Günlərin birində Nucud çörək almaq adıyla evdən çıxır və bir daha geri qaytarmır. 10 yaşlı qadın məhkəməyə müraciət edir, boşanma haqqını almaq üçün uzun mübarizə aparır. Nucud sonda qalib gəlir. O, bununla da Yəməndə qadınların haqları uğrunda mübarizə rəmzinə çevrilir. Yaxın Şərq üzrə mütəxəssis, jurnalist Delfin Minui Nucud Əliyə kitab yazmağa kömək edib. Kitabda bir ifadə xüsusi diqqət çəkir: “Ərə getməyi qızları bədbəxt etmək üçün fikirləşiblər”. Kitabı böyük təəssüf hissi ilə oxudum.Dünyada hələ də qadınların əzab çəkdiyi müsəlman ölkələri mövcuddur.Üstəlik qadın yox balaca qızlar da bu taleyi yaşayır və qadın olmağın əziyyətini çəkirlər. Oxumaq eşqi ilə yaşayan qızlar məcbur evləndirilir. Üstəlik istəkləri olmadan.Məcburi bu yaşama sürüklənərək. Uşaqlıq görmədən çiyinlərinə götürdükləri yükün altında əzilir və tam köməksiz həyatın ağır sınağına məhkum edilirlər. Qız anası olaraq bu qədər ədalətsiz dünyada yaşadığım üçün xəcalət çəkdim.9 yaşında qızı uşaqlığına doymadan ərə verən ata gərək məhkəmə zalından buraxılmaya.Səbəb hər nə olursa olsun qızların uşaqlığını əllərindən almaq olmaz.!!!Erkən nikahlara qarşıyam.Qızlar mütləq təhsil almalı mütləq çalışmalı , hüquqlarını bilməli, seçimlərini özləri etməlidirlər. Özlərində güc tapmağı da oxuyaraq, cəmiyyətə çıxaraq əldə etməlidirlər.Gələcəkləri barədə söz haqqı özlərinə məxsus olmalı və seçim azalığı verilməlidir qızlara zənnimcə. Qızlarınızı yalnız sevin.Sevginin açmadığı qapı yoxdur.Onlar Sizə Tanrının əmanətidir.Onlara dayaq olun və sizin gücünüzü və kölgənizi öz üzərilərində hiss etsinlər. Xoş mütaliələr.Kitabla qalın Bütün qızlar xoşbəxt olsunlar
Mən Nucudam 10 Yaşım Var və Boşanmışam
Mən Nucudam 10 Yaşım Var və BoşanmışamNojoud Ali · Qədim Qala Nəşriyyatı · 2023797 okunma
·
25 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.