Carpe diem

Carpe diem
@Sabishonok
180 syf.
9/10 puan verdi
·
Liked
Dilşad Talıbovanın "Eşqin adı Sənsən" romanını oxudum. Əsəri dünən səhər oxumağa başladım və günün sonunda bitirdim. Beyin üçün əladır. Yorulanlar, duyğulu kitab oxumaq istəyənlər, romantiklər oxusun deyərdim. Yazarın qələmini bəyənirəm. Demək olar ki, bütün əsərlərini oxumuşam. Əsərdə Səhranın çılğınlığı, Nəsiminin bu çılğınlığa
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202325 okunma
Reklam
180 syf.
9/10 puan verdi
·
Liked
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova
6.3/10 · 25 reads

Reader Follow Recommendations

See All
"Belki bu yolda düzgün yürüyenlerden olamadım. Ama sen dizimdeki izlerden çabamı gör Allah'ım..."
Görəsən, mənə kənardan baxanlar beynimdəki fikir yumağını, qəlbimdəki dostsuzluğu, alnımdakı talesizliyi görürdümü? Ümumiyyətlə , mənə kənardan baxan vardımı? Çətin! Baxan olsaydı da, görən olmazdı məni. Mən itməyənlər arasında yeganə tapılmayan idim.
Sayfa 8 - StraussKitabı okuyor
Reklam
Biz ən çox nə haqqında düşünürüksə, zamanla reallığa çevrilir.
Sayfa 74 - Çapar yayınlarıKitabı okudu
144 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 hours
Elayın- Kolleksioner əsərini oxuyub bitirdim. Əsərin qəribə süjeti var. Belə kitab ilk dəfədir oxuyurdum. Kitabı çox bəyəndim. Dili sadə , axıcı, hadisələr isə çox gözəl və həyəcanlı təsvir olunub. İllərdir, böyük məbləğ qarşılığında ölüm ayağında olan insanların günahlarını dinləyən, onlara rahatlıq bəxş edən Kolleksionerin ( baş qəhrəman öz
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
Həyatın əsas sirri ondadır ki, əslində, heç bir sirr yoxdur. Sadəcə yaxşı insan olmağa çalışmaq lazımdır.
Xan nəşriyyatıKitabı okudu
-Siz də oxumağı sevirsiniz? -Nə vaxtsa çox sevirdim. -Bəzi şeylər heç vaxt dəyişmir , sadəcə onları unuduruq.
Xan nəşriyyatıKitabı okudu
Reklam
388 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
Elçin Əzimlinin "Çağrı" tarixi və fəlsəfi romanını oxuyub bitirdim. Əsəri çox bəyəndim. Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. Əsərində də başdan sona qədər həyatın bumeranq olmasından, etdiyin yaxşılığın dönüb -dolaşıb illah səni tapmasından, möcüzələrə və yaxşı düşüncələrə köklənib yaxşı şeylərin olacağına inamdan danışır yazar. Dilindən, dinindən və irqindən asılı olmayaraq qurulan əbədi və qırılmaz dostluq mənə görə əsərin əsas mövzusudur. XIII əsr... Tarixin qaranlıq çağlarından biri.. Çingiz xanın növbəti hədəfi qarluq elləri... Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrının keşməkeşli həyatı, Xarəzmşah Cəlaləddinin döyüşləri və tarixi faktlarla yanaşı Ağ şaman və onun qardaşlarının taleyi, Fəridəddin Əttarın ibrətamiz söhbətləri və Çağrının gələcək nəsillərə məktubu... Düzdür, roman tarixi və fəlsəfidir. Lakin əsərdə təsvir olunan tarixə emosiya və duyğu qatılıb, sevgi ilə yoğrulub, dostluq və vəfa ilə bəzənib. Romanda qanlı müharibələr təsvir olunsa da çox müsbət mesajlar ötürülür. Ağca Şamanla Çağrının dostluğundan bütün insanlar ibrət götürməli, hekayələrdən nəticə çıxartmalıdır. Həyat ,bumeranqdır dostlar..Həyatınıza işıq saçın və o işığı ətrafınıza yayın. Günəş olun, işıq olun.Yaxşılıq edin.İnanın etdikləriniz sizə qayıdacaq.Əlbət, bir gün… Xoş mütaliələr, kitabla qalın
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202357 okunma
Bu həyatda sənə qarşı necə davranılmağını istəyirsənsə, özün də başqası ilə elə davran!
Sayfa 338 - Teas pressKitabı okudu
Keçmiş artıq yoxdur. O, sadəcə, mövcud deyil. Xəyal və xatirələrdən ibarət qarabasmadır keçmiş , əhəmiyyət verdikcə gözündə böyüyür. Bu günündən oğurluqdur keçmişdə yaşamaq. Həyatın yaşanacağı an bu gündür, çünki dünən artıq yoxdur, sabahın isə gəlib- gəlməyəcəyi bilinmir. Keçmişin insana tək faydası- ondan alınan dərslərdir.
Sayfa 290 - Teas pressKitabı okudu
354 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.