Carpe diem

Carpe diem
@Sabishonok
180 syf.
9/10 puan verdi
·
Liked
Dilşad Talıbovanın "Eşqin adı Sənsən" romanını oxudum. Əsəri dünən səhər oxumağa başladım və günün sonunda bitirdim. Beyin üçün əladır. Yorulanlar, duyğulu kitab oxumaq istəyənlər, romantiklər oxusun deyərdim. Yazarın qələmini bəyənirəm. Demək olar ki, bütün əsərlərini oxumuşam. Əsərdə Səhranın çılğınlığı, Nəsiminin bu çılğınlığa
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202329 okunma
Reklam
144 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 hours
Elayın- Kolleksioner əsərini oxuyub bitirdim. Əsərin qəribə süjeti var. Belə kitab ilk dəfədir oxuyurdum. Kitabı çox bəyəndim. Dili sadə , axıcı, hadisələr isə çox gözəl və həyəcanlı təsvir olunub. İllərdir, böyük məbləğ qarşılığında ölüm ayağında olan insanların günahlarını dinləyən, onlara rahatlıq bəxş edən Kolleksionerin ( baş qəhrəman öz
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 049 okunma
388 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
Elçin Əzimlinin "Çağrı" tarixi və fəlsəfi romanını oxuyub bitirdim. Əsəri çox bəyəndim. Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. Əsərində də başdan sona qədər həyatın bumeranq olmasından, etdiyin yaxşılığın dönüb -dolaşıb illah səni tapmasından, möcüzələrə və yaxşı düşüncələrə köklənib yaxşı şeylərin olacağına inamdan danışır yazar. Dilindən, dinindən və irqindən asılı olmayaraq qurulan əbədi və qırılmaz dostluq mənə görə əsərin əsas mövzusudur. XIII əsr... Tarixin qaranlıq çağlarından biri.. Çingiz xanın növbəti hədəfi qarluq elləri... Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrının keşməkeşli həyatı, Xarəzmşah Cəlaləddinin döyüşləri və tarixi faktlarla yanaşı Ağ şaman və onun qardaşlarının taleyi, Fəridəddin Əttarın ibrətamiz söhbətləri və Çağrının gələcək nəsillərə məktubu... Düzdür, roman tarixi və fəlsəfidir. Lakin əsərdə təsvir olunan tarixə emosiya və duyğu qatılıb, sevgi ilə yoğrulub, dostluq və vəfa ilə bəzənib. Romanda qanlı müharibələr təsvir olunsa da çox müsbət mesajlar ötürülür. Ağca Şamanla Çağrının dostluğundan bütün insanlar ibrət götürməli, hekayələrdən nəticə çıxartmalıdır. Həyat ,bumeranqdır dostlar..Həyatınıza işıq saçın və o işığı ətrafınıza yayın. Günəş olun, işıq olun.Yaxşılıq edin.İnanın etdikləriniz sizə qayıdacaq.Əlbət, bir gün… Xoş mütaliələr, kitabla qalın
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202359 okunma

Reader Follow Recommendations

See All
160 syf.
5/10 puan verdi
·
Read in 5 hours
Antonio Tabukkinin “İzabel üçün Mandala” romanını oxuyub bitirdim. Bu əsər yazıçının sonuncu əsəridir və ölü­mün­dən sonra çap olunub. Romanda İzabel adlı itmiş portu­qaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır. Kitab 2012 - ci ildə işıq üzü görüb. Əsər surreal, fantastik, xəyali bir formada təqdim olunur. Əsərin baş qəhrəmanı Tadeuş Slovatskidir. Tadeuş dünyasını dəyişib. O bir xülyadır. O mövcud deyil. Tadeuş bir vaxtlar sevdiyi İzabeli tapmaq üçün Mandalanın dairələri ilə mərkəzə doğru irəliləyir və İdabeli tanıyan insanlarla görüşür, İzabelin sorağında metafizik bir səyahətə yollanır. Səyahətin məqsədi İzabel haqqında bilmədikləridir. İzabel gizli siyasi fəaliyyət göstərmiş, Salazar rejiminin faşist həbsxanasında özünü rəfiqəsi Maqda kimi qələmə vermiş, işgəncələrə məruz qalmış və qətlə yetirilmişdir. Qeyri- adi, kosmik, fəlsəfi bir romandır.Anlamaq çətindir. Fantastikanı sevənlər üçün tapıntıdır. Mənim janrım olmasa da buddistlərin dini ritualları, əslində olan və olmayan , zaman anlamını itirən, sonda bir heçliklə qarşılaşan hər bir oxucunu düşündürəcək romandır. Ölüm yoldakı bir döngədir, ölmək isə, sadəcə , görünməmək deməkdir. Hər şey heç bir şeydir. Kainat böyükdür, sən isə burada , dünyanın bu kiçik küncündəsən. Heç vaxt da gec deyil. İnsan palçıqdan yaradılıb.
İzabel Üçün Mandala
İzabel Üçün MandalaAntonio Tabucchi · Qanun Nəşriyyatı · 2020101 okunma
240 syf.
10/10 puan verdi
·
Read in 5 days
İlkin Rüstəmzadənin “Bahar mehi” romanını bitirdim.Əsəri 2 günə bitirdim.Əslində birnəfəsə oxunulacaq romandır. Yazarın ilk kitabını “Qaranlığın hekayəsi”ni almışam amma oxumamışam.Elə oldu ki, ikinci kitabını daha tez oxudum. Kitabı çox bəyəndim.Real hadisələr əsasında qələmə alınmış bu roman Cənubi Azərbaycan və İran tarixinin indiyədək gizli
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202313 okunma
Reklam
120 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 14 hours
Nəval Əl Səədavinin “Sıfır nöqtəsində qadın” əsərini oxudum. Sıfır nöqtəsi nədir??Sıfır nöqtəsi toplum, törələr tərəfindən hazırlanan kor bir nöqtədir. Müsəlman ölkələrindəki qadınlar bu nöqtənin içində həbs həyatı yaşayır və qurtuluşlarına da imkan yoxdur. Əsərin baş qəhrəmanı Firdovsdur. O fahişədir. Bu kitabda bir sosial gerçək var: Qadın ya
Sıfır Nöqtəsində Qadın
Sıfır Nöqtəsində QadınNevâl El-Seddavi · Alatoran Neşriyat · 013.6k okunma
150 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 10 hours
İlyas Əfəndiyevin Körpüsalanlar romanını oxuyub bitirdim. Bu gün başladım və fasiləsiz oxudum. Əsəri 3 - cü dəfə idi oxuyurdum. Məktəb vaxtı 8-ci sinifdə, 6-7 il bundan qabaq və indi. Çoxdandır klassika oxumaq arzusunda idim.Qanun nəşriyyatında endirim olanda almışdım. İlyas Əfəndiyevi bəyənirəm. Dili sadə, oxunaqlı, rahat, ürəyəyaxın və
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960397 okunma
210 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 17 days
Yu Huanın -Yaşamak kitabını oxuyub bitirdim. Əsəri Türkiyə türkcəsində oxudum. Dili çox sadə, oxunaqlıdır. Kitabı oxuduqca yaşlı Fuguinin öz həyatını mənə danışdığını təsəvvür elədim. Ailə sərvətini yeyən , bütün var- dövlətini qumarda uduzan Fugui cavanlığını hədər yaşayan ərköyün bir gəncdir. Çox varli ailədə dünyaya gələn Fugui ərköyün və çox
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201634.2k okunma
187 syf.
10/10 puan verdi
Günel Mövludun “Düşərgə” bioqrafiya romanını oxuyub bitirdim. Əsəri oxumağa bu gün başladım və kitab məni özünə oxutdu.Bu gün də bitirdim. Kitabı uzun müddət mağazalarda axtarandan sonra yazar xanıma yazıb sifariş eləmişdim. “Zəhmət olmasa, imzalı kitab göndərin” dedikdən sonra Günel xanım, “kitab Gürcüstandan gələcək mən Norveçdəyəm onu imzalaya
Düşərgə
DüşərgəGünel Mövlud · Apostrophe · 20206 okunma
220 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 9 hours
Nana Ekvtimişvili- Armudlu düzəngahı romanını bitirdim. Əsər 2015-ci ildə qələmə alınıb. Və ilin ən yaxşı gürcü romanı seçilib. Kitabı bəyəndim. Lakin Əli Əkbərin Emiqrantı qədər yox, Gilə povesti qədər yox, Rövşən Abdullaoğlunun Relslər üzərində uzanmış adam romanı qədər yox, Ülviyyə Tahirin Aljir, Şükriyyə Taleyimi qədər yox. Bizim yazıçılar
Armudlu Düzəngahı
Armudlu DüzəngahıNana Ekvtimishvili · Yay Nəşriyyatı · 202032 okunma
Reklam
408 syf.
9/10 puan verdi
·
Liked
Roman Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ithaf olunub. 3 gündür ürək ağrısı ilə dayanmadan 382 səhifəlik kitabı demək olar ki, birnəfəsə oxumuşam. Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201669 okunma
400 syf.
9/10 puan verdi
·
Liked
Kitabı çox böyük maraqla və həyəcanla oxudum. Yazar çox güclü ssenaristdi. Əsərin sonluğu heç bir oxucunun ağlına belə gəlmir. Bunu əminliklə söyləyirəm. Spoiler: Alisiya Berenson adlı məşhur rəssam həyat yoldaşı Qabrieli öldürəndən sonra danışmır. Hətta məhkəmədə də özünü müdafiə etmək üçün bir kəlmə söz demir. Fikrini ifadə etmək üçün o,
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,509 okunma
312 syf.
8/10 puan verdi
·
Liked
Kitaba daxil olan “Üzdəniraq ada” romanı və “Qadın türməsi” povesti cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı tərəfindən yazılan ilk nümunələrdəndir. Bəli, Rövşən Yerfi (Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayorudur.
Məhbəs
MəhbəsRövşən Yerfi · Mücrü Nəşriyyat · 03 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 44 days
“Emiqrant” roman epopeyadır. Avşarların üç nəslinin hekayəsi ilə tanış oluruq və onların həyatının fonunda 1938-ci ilin Bakısından Pəhləvi İranına, Xiyabani hərəkatına, Pişəvəri dönəminə, müasir Bakıya və Kopenhagenə, oradan 1950-ci illər Bakısına və müasir İrana, dövrümüzün cürbəcür aktual siyasi problemlərinin içinə düşürük. Azərbaycanın
Emiqrant
EmiqrantƏli Əkbər · Qanun Nəşriyyatı · 20199 okunma
128 syf.
10/10 puan verdi
Uzun hekayə janrında yazılan Gilə povesti yaşanmış hadisələr əsasında qələmə alınmış İkinci Dünya Müharibəsinə yollanan bir azərbaycanlı əsgərin əsirlik və mühacirət həyatından bəhs edir. Əsəri oxuya- oxuya içimdə ancaq ümid etdim.Kaş Əşrəf dayı ömrünün son günlərində dünyadan küskün getmiyəydi, kaş yazıçı ona kömək edə bilərdi…. Son məni məyus
Gilə
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202041 okunma
336 syf.
9/10 puan verdi
·
Liked
Kitab müharibə mövzusunda yazılıb. Həmişə öz -özümə niyə yazıçı Qarabağ müharibəsinə müraciət etmir? sualını verirdim. Nəhayət çox qürur hissi ilə deyə bilərəm ki, Rövşən Abdullaoğlu bu işin öhdəsindən çox gözəl gələ bildi. Çox möhtəşəm bir kitab oxudum. Romanın ən bəyəndiyim tərəfi birinci Qarabağ savaşının və 2-ci Vətən müharibəsi
Koramal
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0131 okunma
Reklam
304 syf.
9/10 puan verdi
Manal AL Sharif- Yola çıkma cesareti.Əsər avtobioqrafik əsərdir. Adından göründüyü kimi Bir Səudiyyə qadının, bir müsəlman xanımının oyanışıdır. Çox bəyəndim. Çöx qürur duydum. Səüdiyyə Ərəbistanın qatı qayda-qanunlarına tabe olmaq istəməyən, köləliyi rədd edən, oxuyub, öz ayaqları üzərində duran Manal üsyankar, aktivist bir xanımdır. Maşın
Yola Çıkma Cesareti
Yola Çıkma CesaretiManal Al Sharif · Epsilon Yayınları · 201986 okunma
·
Not rated
Yazıçını “İkimiz” adlı hekayələr toplusu kitabı ilə tanımışdım.Qələmi mənə yaxındır. ”İkimiz” kitabını sevərək oxumuşdum.Tısbağalar hekayəsi hələ də yadımdadır. İlk öncə onu qeyd edim ki, yazıçının xəyal gücü çox yüksəkdir.Əsəri həyəcanla oxumuşam. Oxucu daima məçhulluq içindədir ki, son necə olacaq.Elə bu sona görə səbirsizlənib dayanmadan
Məktublar arxasında
Məktublar arxasındaPərviz Seyidli · Parlaq imzalar · 202257 okunma
484 syf.
10/10 puan verdi
Roman çox axıcı, çox sadə dildə və maraqlı yazılıb. Kitabı Şubertin Serenad əsərini dinləyə-dinləyə oxumuşam. Bir sözlə möhtəşəm. Hekayə Maya və professor Wagnerin tanışlığı ilə başlayır. İllər əvvəl yarım qalan bir eşq hekayəsinin acısını yaşayan yaşlı bir professor ve ona yardım edən Türk qadını Maya arasında keçən hekayədə professorun ölən sevgisi Nadia üzərindən Yəhudi soyqırımından söhbət açılır. SPOİLER: Roman 2-ci dünya müharibəsi zamanı bir alman və yəhudi ailəsindən, müharibəyə görə Almaniyadan İstanbula qaçmağa məcbur qalan professor Maximilian Wagnerin və yəhudi həyat yoldaşı Nadianın yarımqalan sevgilərindən bəhs edir. Qatardan düşürdülən Nadia Almaniyada qalır, professor isə məcburən İstanbula gedir. Çətinliklə də olsa aylar sonra Nadianı taparaq İstanbula gətirmək istəyən Wagner uzun müddətdən sonra buna nail ola bilir. Lakin gəminin sahilə çıxmağına heç bir ölkə icazə vermədiyindən iki ay sahilə yaxın Şilə ərazisində qalan gəmi iki aydan sonra ruslar tərəfindən batırılır. Gəmidə yüzlərlə yəhudi soyqırıma uğrayır. Nadia həlak olur.(((( Ürək ağrısı, həyəcan, sevgi, acı və sarsıntı ilə əsəri bitirdim. Sevgi dolu, duyğulu bir eşq hekayesi oxudum. Sevilməyin eşqin belə möhtəşəmini oxumamışdım. Ömrünün sonuna qədər sevilməyin, bir qadını gözləməyin, həyatının sonunu Amerikadan Şiləyə qədər gəlib qadına bəstələdiyin Serenad mahnını Şilə sahilində skripkada ifa etməyi ancaq kitab qəhrəmanı edə bilər.... Salamat qal Wagner... Səni heç vaxt untmayacam.. Salamat qal Nadia..Səni də... Kitabla qalın Xoş mütaliələr Sizə
Serenad
SerenadZülfü Livaneli · Doğan Kitap · 2015137.1k okunma
223 syf.
9/10 puan verdi
·
Liked
Vladimir Nabokovun "Obskur kamerası" romanını bitirdim. Obskur kamerası latın dilindən tərcümədə Qaranlıq otaq deməkdir. Bu məcazi mənada verilmiş addır. Obskur kamerası özü optik cihazdır. Əsərin baş qəhrəmanı Kreçmarın korluğu, aldadılması, taleyi, Maqdanın planları, xisləti, Kreçmara olan xəyanət hər şey qaranlığa işarədir. Əsərin
Karanlıkta Kahkaha
Karanlıkta KahkahaVladimir Nabokov · İletişim Yayınevi · 2010311 okunma
152 syf.
9/10 puan verdi
·
Liked
Delfin Minuinin “ Mən Nucudam, 10 yaşım var və boşanmışam “ kitabını oxudum. Kitab yaşanmış taledir. Yəmənli Nucud Əli 10 yaşına qədər həm ailə həyatı qurmağa, həm də boşanmağa imkan tapıb. Təbii ki, ərə verilmək öz xoşu ilə olmayıb. Nucud Əli 9 yaşında ailə həyatı qurmağa məcbur edilib. Daha doğrusu özündən 3 dəfə yaşlı kişiyə satılıb.Toy
Mən Nucudam 10 Yaşım Var və Boşanmışam
Mən Nucudam 10 Yaşım Var və BoşanmışamNojoud Ali · Qədim Qala Nəşriyyatı · 2023794 okunma
430 syf.
10/10 puan verdi
·
Liked
Irvin D. Yalomun - Nietzche ağladığında fəlsəfi romanını oxuyub bitirdim. Əsəri türk dilində oxumuşam. Çox bəyənərək mütaliə elədim. Zövq aldım. Düşündürücü romandır. Əsər yazıçı təfəkkürü olsa da hadisələrin çoxu real həyatdan götürülüb. Romanın baş qəhrəmanları Alman filosofu, dahi Friedrich Nietzsche, ümidsizlərin ümid yeri , qapısını döydüyü
Nietzsche Ağladığında
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202352.7k okunma