Gönderi

388 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 6 days
Elçin Əzimlinin "Çağrı" tarixi və fəlsəfi romanını oxuyub bitirdim. Əsəri çox bəyəndim. Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. Əsərində də başdan sona qədər həyatın bumeranq olmasından, etdiyin yaxşılığın dönüb -dolaşıb illah səni tapmasından, möcüzələrə və yaxşı düşüncələrə köklənib yaxşı şeylərin olacağına inamdan danışır yazar. Dilindən, dinindən və irqindən asılı olmayaraq qurulan əbədi və qırılmaz dostluq mənə görə əsərin əsas mövzusudur. XIII əsr... Tarixin qaranlıq çağlarından biri.. Çingiz xanın növbəti hədəfi qarluq elləri... Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrının keşməkeşli həyatı, Xarəzmşah Cəlaləddinin döyüşləri və tarixi faktlarla yanaşı Ağ şaman və onun qardaşlarının taleyi, Fəridəddin Əttarın ibrətamiz söhbətləri və Çağrının gələcək nəsillərə məktubu... Düzdür, roman tarixi və fəlsəfidir. Lakin əsərdə təsvir olunan tarixə emosiya və duyğu qatılıb, sevgi ilə yoğrulub, dostluq və vəfa ilə bəzənib. Romanda qanlı müharibələr təsvir olunsa da çox müsbət mesajlar ötürülür. Ağca Şamanla Çağrının dostluğundan bütün insanlar ibrət götürməli, hekayələrdən nəticə çıxartmalıdır. Həyat ,bumeranqdır dostlar..Həyatınıza işıq saçın və o işığı ətrafınıza yayın. Günəş olun, işıq olun.Yaxşılıq edin.İnanın etdikləriniz sizə qayıdacaq.Əlbət, bir gün… Xoş mütaliələr, kitabla qalın
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202358 okunma
·
72 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.