Körpüsalanlar

İlyas Efendiyev

Comments and Reviews

See All
150 syf.
·
Not rated
·
Read in 3 days
Qəlblərdəki körpüləri yerlə-yeksan edən- İnsanlar
Eh...Səriyyə..Sevmədiyim qadın obrazlarından biri oldu.Əsərdə şəxsiyyət azadlığı məsələsinə toxunulur.Və bu o zamankı ədəbiyyatımız üçün bir yenilik idi. Əsər boyu həm Səriyyənin düşüncələrinə,həm də Adilin mənəvi dünyasına səyahət edirik.  Şəhərdən  həyat yoldaşı Adilin xüsusi vəzifəyə keçirilməsi ilə əlaqədar kəndə  yola düşürlər.Bura da körpüsalanlar briqadası ilə tanışlığı Səriyyəni dəyişir. Xüsusilə də istefaya çıxmış və körpüsalanlar arasında olan leytenantla bağlı hissləri ... Əslində bu hisslər haqda heç danışmamışdılar da.Bir- birindən gözlərini qaçırtmaq eşq deyilmi?! Bu gizlin eşq Adili də düşündürür.Adil ağır təbiətli biridir.Onun üçün xanımının da daha ciddi biri olması şərtdir.Amma o hər dəfə  Səriyyənin hərəkətlərinə ( məsələn kişilərlə ova getməsi, şərab içməsi,  müxtəlif əyləncəli oyunlar oynaması, gecə yarı papirus çəkən leytenantı izləməsi)  göz yumur.Çünki içində Səriyyəni itirmək qorxusu baş qaldırır.Əslində Adil və Səriyyə sevərək evləniblər.Özü də yaraşıqlı,ağıllı biridir. Səriyyə isə özünü körpüsalanlarla xüsusilə istefaya çıxmış leytenant buldozerçi Qəriblə xoşbəxt hiss edir.Qəlbində Adilin onun hərəkətlərinə narazı olub amma yenə də onunla mehriban olmasıyla barışa bilmir.  Adil isə onu sevdiyindən bu xoşagəlməz halları sezsə də daha da mülayim olmağa çalışır. Lakin günü-gündən onlar arasında salınan körpü yerlə-yeksan olunmaqdadır.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960398 okunma
Reklam
150 syf.
10/10 puan verdi
·
Liked
Səriyyə və onun kimilər, siz nə sevməyi bilərsiz nə sevilməyi :D Kitab yeni evli qadının ərinə qarşı etdiyi emosional xəyanətindən və tərəflərin iç dünyasında hadisələrə baxışından bəhs edir. Gənc mühəndis Adil və yol-tikinti texnikumunu bitirmiş Səriyyə evlənir, ilk vaxtlar evliliklərində hər şey yaxşı gedir. Daha sonra Adili rayona yol çəkilməyinə rəis təyin edirlər və gənc ailə rayona köçür. Səriyyə də körpü salınmasında iştirak edir, bu işdə kamanda yoldaşları 3 gənc oğlan olur. Oğlanlardan biri ilə ilk baxışdan bəri aralarında emosional münasibət gedir, heç bu barədə danışmasalar da. Hadisələrin gedişatında Səriyyə heç bir səhvi olmayan ərinə soyuq və pis davranır, davranışlarına özü də məntiqli açıqlama verə bilmir. Əri Səriyyənin 3 gənc oğlanla bütün vaxtını keçirməsinə bir söz demir ki, arvadı özü səhvini başa düşsün. Lakin Səriyyə bunun əvəzinə hər dəfə oğlanlarla, əsas da gizli hissləri olan Qəriblə daha da yaxınlaşır. Yəqin ki, xəyanət edib de etməmiş kimi davranan insanların ağlından keçənləri bu kitab sayəsində öyrənmək olar. Səriyyə özünü heç o yerə qoymur, hələ ərini borclu da çıxarır. Xülasə, kitabı oxuyanda türklər demiş sinir krizi keçirdim. Amma o qədər bəyəndim ki, dili sadə, çox axıcı və təsirli əsərdi.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960398 okunma
150 syf.
10/10 puan verdi
·
Liked
"İnsan həyatı nə qəribədir... bəzən tuş tutub getdiyin yol hardan başlayır və səni haralara aparıb çıxarır...əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır... Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub, onun qəlbinə sancılır. Sən isə buna qarşı biganə olursan. Kim deyər
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960398 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.