Xan

XanQızılbaşlar: Oyanış author
Author
7.0/10
1 People
57
Reads
5
Likes
309
Views

About

Xan yazıçı, Audio mühəndis və səs direktorudur. 1990-cı ildə Azərbaycanda anadan olub. Bakı Dövlət Universitetində fars dili filologiyası ixtisası üzrə bakalavr dərəcəsi alıb.
Title:
Yazıçı, Audio Mühəndis və Səs Direktoru.
Birth:
Azərbaycan, May 1990

Readers

5 readers liked.
57 readers read.
3 readers are reading.
19 readers will read.
Reklam

Quotes

See All
- Cəhənnəm də, cənnət də qəlbimizin əksidir. - Necə yəni qəlbimizin əksidir ? - Yəni ki, - İsa təmkinlə izah elədi - qəlbimizin içində nə varsa, o dünyada açılıb önümüzə səriləcək.
Sayfa 75 - Strauss nəşriyyatıKitabı okudu
Qarabasma görənlər və psixoterapevtlər - hansının işi daha çətin idi, görəsən ? Olmayanları görənlərin, yoxsa olmayanları görənlərə gördüklərinin olmadığını sübut etmək istəyənlərin?
Sayfa 44 - Strauss nəşriyyatıKitabı okudu
Reklam
Görəsən, mənə kənardan baxanlar beynimdəki fikir yumağını, qəlbimdəki dostsuzluğu, alnımdakı talesizliyi görürdümü ? Ümumiyyətlə mənə kənardan baxan vardımı ? Çətin! Bu bəyaz qar dumanında kimin diqqətini çəkəcəkdim ki? Baxan olsaydı da, görən olmazdı məni. Mən itməyənlər arasında yeganə tapılmayan idim.
Sayfa 8 - Strauss nəşriyyatıKitabı okudu
Biz onunla ən yaxın dostuq və ən fərqli, eyni zamanda da ən oxşar iki insanıq.
“Qaçmaq lazımdırsa, qorxuların üstünə qaç. Ölmək lazımdırsa, sevdiklərin üçün öl, həyatda qalmaq lazımdırsa, kişi kimi yaşa"
Sayfa 77 - StraussKitabı okudu

Updates

See All

Comments and Reviews

See All
Reklam
210 syf.
10/10 puan verdi
·
Liked
Xan - Sancaqlı kölgələr və Leyla Xuni Marafon vəsiləsiylə oxuduğum 6-cı kitab. Əsər ilk yerli mifik qorxu romanı adlanır və bu kateqoriyanın haqqını verir. İlk bir neçə səhifədə elə bildim oxuya bilmərəm, amma oxuduqca gördüm kitabı yarı eləmişəm. Ümumiyyətlə güclü psixologiyaya sahib olmadığım üçün qorxu janrında kitab oxumuram, film izləmirəm. Ancaq marafon üçün oxumalı idim və qeyd edim ki, qorxu janrı sevənlərə bu kitabı əminliklə tövsiyyə etmək olar. Yaxşı vəsait ayrılsa bu əsərdən reytinqli kino da çıxar.
Xan
Xan
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma
350 syf.
·
Not rated
Sancaqlı kölgələr
Son vaxtlar bir romandan bu qədər zövq aldığımı xatırlamıram. Elə bilirdimki sadəcə oxuyub keçərəm. Amma oxuduqca həyacanı, gərilimi və ən əsasda qorxunu insan hiss edir möhtəşəm bir qorxu romanıdır. 2023 cü ilin hələki ən favori kitabıdır mənimçün.
Nahidə Hüseyni
Nahidə Hüseyni
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Xan
Xan
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan UlduzuXan · Köhlən Nəşriyyatı · 202311 okunma
210 syf.
8/10 puan verdi
·
Read in 8 days
Əsər Azərbaycanın ilk mifik qorxu romanıdır. Əsəri oxuyarkən yaşadığım hissləri bölüşmək istəyirəm ki, bu hissləri yaşamaq istəyən insanlar buyurub əsəri həvəslə oxuya bilərlər. Birincisi əsərdə müəyyən simvolizmlər çoxdur. Əvvəlcə bir simvol deyilir, sonra o simvolun nə demək olduğunu başa düşürsən. Bir puzzle yığırsan sanki. Daha sonra diqqətimi çəkən əsas məqam bundan ibarətdir ki, yazar xarakterlərini maksimum dərəcədə səmimi göstərməyə çalışıb. Hətta ləhcəylə danışan xarakterlərin sözlərini elə danışdıqları kimi oxucuya təqdim edib. Bir sözlə əsər xoşuma gəldi, daha doğrusu yazar məncə işinə çox ciddi yanaşıb. Ancaq ümumi olaraq bu tip əsərlərə marağım olmadığına görə 10 üzərindən bal versəm yəqin ki, çox yüksək bal vermərəm. Amma mifik qorxu janrında oxumağı sevənlər varsa, əminəm ki, onlar mütləq bu kitabı bəyənəcəklər.
Sancaqlı Kölgələr və Leyla Xuni
Sancaqlı Kölgələr və Leyla XuniXan · Picmus · 201641 okunma