Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

312 syf.
8/10 puan verdi
·
Beğendi
Kitaba daxil olan “Üzdəniraq ada” romanı və “Qadın türməsi” povesti cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və Azərbaycan ədəbiyyatında xidmət əməkdaşı tərəfindən yazılan ilk nümunələrdəndir. Bəli, Rövşən Yerfi (Həsənli Rövşən Həsənbaba oğlu) — Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayorudur. Düşünürəm ki, bu mövzu onda ona görə gözəl alınıb ki, cəzanın içini, məhbəsin özünü görüb, ən çirkinliyindən tutmuş ən çətininə kimi duyub və qələmə alıb. Qələmi iti olsun.Çox gözəl yazır. Digər kitablarını da oxuyacam mütləq. Bu kitabı oxuyunda Azadlıqda aldığım hər nəfəsə görə şükür etdim, hər günümə görə, hər anıma görə təşəkkür etdim. İnsan pisi görməyincə yaxşının, çətini görməyincə asanın qədrini bilmir. Bir də bir şeyi demək istəyirəm Allah heç bir insanı mərdimazarla qarşılaşdırmasın. Zindana düşənlərin yolunu açıb, cəzalarını yüngül etsin. Oradakı iyrənclikləri görüb düşündüm ki, insan səhvlərindən mütləq dərs çıxarmalı, islah olmalıdır. Hər iki əsərində təsadüfdən, mərdimazarçılıqdan məhbəs həyatı yaşayanların hekayələrini oxudum. Ağrı, məyusluq, rəhm, iztirab bütün hissləri eyni zamanda keçirtdim. Müəllif məhbəsin hər üzünü açıb göstərir və bu iyrənclikləri göstərməklə tək məqsədini qeyd edir. Yeniyetmələri iyrəndirmək, türmə həyatından çəkindirmək və ordakı həyatları göstərib insanları düzgün yola çəkməkdir. Azadlıq həyatın ən şirin nemətidir.Bəli, sağlamlıqdan sonra ən vacib, əvəzolunmaz nemət…torpaq, od, hava, su qədər insana gərək olan, məhrum edilməyəmədək qədri- qiyməti bilinməyən azadlıq… Qəribə işdir, insan ömrü böyu nə isə əldə etmək naminə tələsir. Əldə edə-edə, tələsə-tələsə ölümünə yetişir. Yeqin, ölüm də məqsədmiş. Dünyanın bütün qayğılarından, əzablarından azad olmaq məqsədi. İnsan qəribə məxluqdur. Həmişə zülmə, zülmkara fərqli simpatiyası olur. Zülmsüz həyat maraqsız, mənasız görünür. Zülmsüz sevgi şirin olmur. Allahı- Ulu Tanrını zülmü qədərindən çox artıracağından qorxub sevirik. Deməli, "İnsan zülm üçün yaranıb" sözündə həqiqət varmış. Əsas məsələ onun həddini təyin etməyi bacarmaqdır. Kişinin təkcə adı deyil, özü də kişi olmalıdır. Kitabla qalın .Azadlığınızın, ağlınızın qədrini bilin.Hər gününüzə şükür edin və Tanrıya təşəkkür edin.Allah bütün darda olanların yanında olsun.Bütün bağlı qapıları açsın..
Məhbəs
MəhbəsRövşən Yerfi · Mücrü Nəşriyyat · 03 okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.