Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
8/10 puan verdi
Nağıl kimi bir aləmə düşmək istəyirsinizsə bu kitabı oxuyun. Çox maraqlı, fərqli janrda kitabdır. #acıçikolata 12 bölümdən (aylardan) ibarətdir. Və hər bölüm yemək reseptləri ilə başlayır və hər reseptdən sonra hadisələr qəribə şəkildə bir-birinə bağlanır. Romanın əsas qəhrəmanı Titadır. Meksika adət-ənənələrinə görə evin kiçik qızı ailə qurmamalıdır və anasına o baxmalı, evin məsuliyyətini daşımalıdır. Tita da evin kiçik qızı olduğu üçün bu ənənəyə məcbur qalır. Bu səbəbdən qəddar anasının israrı ilə Titanın sevdiyi adamı Titanın bacısı ilə evləndirir. Əsas hadisələrə də bundan sonra şahid oluruq. Ən maraqlısı da Titanın bişirdiyi yeməklər onun əhvalı ilə bağlı olurdu. Əgər özünü xoşbəxt hiss edirsə yeməkləri çox dadlı olur, ağlayardısa yeməkləri qəribə şəkildə ailə üzvlərinə toxunurdu, halbahal edirdi onları. Titanın zamanla anasına qarşı apardığı mübarizə, baxış bucağı, olqun düşüncələri,qarşılaşdığı çətinlikləri, baryerləri aşmaq bir qadın obrazı üçün özünə olan inamı, güclü xarakterin formalaşmağını göstərir. Sevərək oxudum Dediyim kimi fərqli bir roman oldu mənim üçün. Esquivel həm də, öz xalqının adət-ənənəsini, siyasi görüşünü, ailə-məişət problemlərini, sevginin gücünü, ünsiyyət preblemlərini çox gözəl yansıdıb romanında. Oxuyun, oxutdurun. Kitabla qalın🩶
Acı Çikolata
Acı ÇikolataLaura Esquivel · Can Yayınları · 20213,297 okunma
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.