Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

142 syf.
8/10 puan verdi
·
Beğendi
·
32 günde okudu
Əlvida, torpağına qurban kəsildiyim, Azərbaycan!
Öncəliklə qeyd edim ki, kitabı bu qədər uzun müddətdə oxumağım onun maraqsız olması ilə əlaqədar deyil. Mənim həyatla və özümlə ara-sıra problemlərim baş qaldırır və yenə həmin anlardan biri idi.
Qənimət Əlisaoğlu
Qənimət Əlisaoğlu
hər kəs olmasa da, çox adam onu türmə həyatı ilə bağlı yazıları ilə tanıyır və üç romanı işıq üzü görmüşdür. Mən isə bunlardan sadəcə birini,
Lənət Qapısı
Lənət Qapısı
kitabını oxudum. Açığı yazıçının hər şeyi bu qədər açıq və doğru tərzdə çatdırması məni heyrətləndirdi. Bu qorxmazlıq, bu dürüstlük məni həqiqətən təəccübləndirdi. Yazıçı özünün həbs həyatından bəhs edir. Bir "zek" olaraq nazor tərəfindən, yaxud istər bəzi "bratanlar" tərəfindən, eyni zamanda "otryadniklər" tərəfindən çəkdiyi əzablar bütün dəqiqliyi ilə əks olunmuşdu. Və... təbii ki "Qırmızı zon" da Cənab Şultsdan qazandığı nifrət... Bu nifrət kitabın sonunda onu Sibirə sürgün edilməsinə qədər gətirib çıxarır. Xülasə, hər kəsin oxumalı olduğu bir kitabdır. Ən azından göz önündə olan, amma deməyə çəkindiyimiz bir çox həqiqət bu kitabda yazılmışdır. Pulun hakim kəsildiyi, zəkalı şəxslərin bir bez parçasından belə dəyərsiz olduğu bu millətin "ədalət" deyə bağıran nadir kitablarındandır
Lənət Qapısı
Lənət Qapısı
. Pul-hörmət, pulsuzluq - biabırçılıqdır! Pul əl çirkidir - ancaq xoşbəxtlik həmişə bu çirkin içərisində parlayır. Pul-doğma atadırsa, kasıblıq-ögey anadır. Pul-yaraşıqlı aşna, kasıblıq -xəstə həyat yoldaşıdır. Pul təntənəli toya qızılı dəvətnamədir, kasıblıq-yasa çağırış. Pul-qanun üçün zəhər, kasıblıq-qanuna nökər! Ps~
Qənimət Əlisaoğlu
Qənimət Əlisaoğlu
2001-ci il 8 oktyabr tarixində çox borcu olduğu üçün intihar etmişdir.
Lənət Qapısı
Lənət QapısıQənimət Əlisaoğlu · Nüybar firması · 19932 okunma
··
116 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.