Puan vermedi·424 syf.····Okunma: 10 Eylül 2023 12:57 Bu kitabla, yazıçının yaradıcılığı ilə ilk dəfə tanış oldum. Sadə dil ilə yazılan, amma bir o qədər də təsirli və ifadə vasitələri yormadan işlədilən cümlələrlə dolu bir roman idi. Axıcılığı da insanı kitabı tez zamanda bitirməyə sövq edir.
Gah təsirləndiyim, gah kövrəldiyim, sevgi dolu olduğum, bəzən də psixologiyamın pozulduğu bir kitab oldu Əsərdə müharibə və onun məsum, günahsız qurbanlarından da danışılırdı. Çox dərin duyğularla zəngin bir kitabdır.
Əsərdə relslər üzərində intihar etməyə qərar vermiş iki yad insanən həyatından bəhs olunur. Onlar relslər üzərində uzanıb qatarın gəlməyini gözlədikıəri müddətdə bir-birləri ilə həyat, ölüm və başqa mövzularda öz fəlsəfi düşüncələrini müzakirə edirlər. Sonra da öz həyatlarından danışmağa başlayırlar...
Kitabda serblər və boşnaklar arasında olan düşmənçilik və müharibədən də epizodlar var. Müharibənin o dəhşətli nəticələrinin, insanların həyatlarını necə məhv etdiyinin onların həyatında bir ömür unuda bilməyəcəkləri dərin izlər buraxmasının şahidi oluruq.
Diqqət! Bu əsərdə sevginin gücünə şahid olacaqsınız! İnanıram ki, real həyatda da bu cür sevən və sevilən insanlar var.
Kitabı hər kəsə tövsiyə edərdim.
Xoş mütaliələr,
Kitab və sevgi ilə qalın!