Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

71 syf.
·
Puan vermedi
·
8 saatte okudu
Əslində fəlsəfə ilə hələ təzə-təzə tanış oluram. Müəyyən məlumatlar əldə etdikcə , özüm də mənə maraqlı gəldiyini görəndə təəccübləndim. Düzünü desəm , sadəcə roman oxumaq istəmirdim. Hə , roman oxuyarsan , təsəvvürünü bununla da genişlədərsən .Lakin nəsə fikirlər yaradan kitablar oxumağın daha əhəmiyyət kəsb etdiyini düşündüm .Yəqin bir müddət sonra yeni bir şeylərlə tanış olanda bəlkə də maraq dəyişər .Amma hələki fəlsəfə . Təbii ki , kitabdakı məlumatların bir qismini az -çox Sokrat haqda eşitmiş, məlumat oxumuş və ya film izləmiş şəxslər əvvəldən bilirlər .Lakin nisbətən müəllifin Sokratın həyatını bədiiləşdirməsi ilə , daha doğru desək , buraya öz fikirlərini qatması ilə yığcam şəkildə müəyyən bilgilər qazanırıq . Sokratın məşhur sitatını demə səbəbini də bu kitabdan öyrəndim .Məlumatlanmaq üçün oxumağa dəyər.
90 Dəqiqədə Sokrat
90 Dəqiqədə SokratPaul Strathern · Bakı Fəlsəfə Akademiyası · 2020177 okunma
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.