Gönderi

392 syf.
·
Not rated
·
Read in 9 days
Psixiatriya
Psixiatriya, tarixdə uzun müddət, cəmiyyətin gözündə isə hələ də ‘dəliləri’ müalicə edən bir sahə olaraq öz varlığın göstərib. Bu kitab psixiatriyaya olan güvənsizliyin arxasında duran tarixin qaranlıq səhifələrində gəzməyə kömək edir. Kitab 3 hissədən ibarətdir. İlk hissədə diaqnoz qoyulması üçün hansı mərhələlərdən keçilib onu araşdırır. (Psixiatriya tarix olaraq o dövrdən keçsə də, bizim cəmiyyət hələ də beyindəki kodları yığaraq problemlərini həll edə biləcəyini düşünür; access bars, thetahealing kimi metodlarla) 2-ci bölüm isə müalicə prosesinin tarixin izah edir. Əməliyyatla beynin sağlam hissələrinin kəsilməsi kimi oxuyanda belə tükləri ürpərdən metodlardan keçib, günümüzə daha insancıl metodlardan istifadə edilən müalicə tarixi çətinliklərin miqyasın anlamağa imkan yaradır. 3-cü bölümdə isə Psixiatriyanın yenidən doğumu olaraq ifadə edilir. Tibbin ögey övladı artıq tibbi metodları istifadə edən elm sahəsinə çevrilir. Günümüzdə niyə psixiatrlara güvənmirlər və niyə güvənməliyik sualın verirsizsə, bu kitab qəşəng seçim ola bilər.
Deli Doktorları
Deli DoktorlarıJeffrey A. Lieberman · Say Yayınları · 201858 okunma
·
7 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.