İlkin Rüstəmzadə "Qəhrəmanlar heç vaxt ölmürlər. Dilədikləri həyatı yaşamasalar da, uğrunda döyüşdükləri, xəyalında olduqları şeyləri qazanmasalar da, unudulmurlar."
Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır.
Sizlərə yenə Azərbaycan ədəbiyyatının yeni nəsil yazıçılarından İlkin Rüstəmzadənin qələmindən "Bahar Mehi" kitabıyla gəlmişəm. 1992-ci il təvəllüdlü yazıçımız, Cənubi Azərbaycanda baş verənləri və eyni zamanda əsərin qəhrəmanıyla şəxsən görüşərək, onun yaşadıqlarını da reallığı ilə qələmə almışdır. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur.
Kitaba bayılmasam da, Cənubi Azərbaycanda baş verənlərlə maraqlanan oxucular üçün olduqca manidar seçim ola biləcək kitabdır.
Hamıya xoş günlər diləyirəm.
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202317 okunma