Gönderi

Görəsən kim dəli, kim ağıllıdır?
8/10
·136 syf.··
2023 19. kitabı
Anton Çehov 6 Nömrəli Palata Əvvəla tərcümə tərəddüdü yaşayanlar üçün onu deməliyəm ki, Azərbaycan dilinə tərcümə olduqca gözəl alınıb. Rahatlıqla oxuya bilərsiniz. Kitabın həcmi kiçik olduğu üçün düzü gözləntimi yüksək tutmayaraq başladığım bir kitab idi. Amma həm hər mövzuya toxunulması, həm də fikrin tam aydın çatdırılması baxımından yanıldığımı görmüş oldum. Və digər oxuyucularda da oldu ya yox bilmirəm ama kitabda hər dəfəsində söhbət edən kim idisə ona haqq verirdim. Kitabda ön plana çıxarılan 2 xarakter var: İvan Dmitriç və Andrey Yefimiç. Bu ikilinin müsahibəsi o qədər həyəcanlı, sürükləyici və zövqlü idi ki, heç bitməsin istəyir insan. İvan Dmitriç keçmişi iztirablarla dolu olan, mütaliəni olduqca çox sevən və həyatının bir nöqtəsində özü ilə baş gətirməyərək təqib olunma xəstəliyinə tutulan bir "dəli", Andrey Yefimiç isə həyatı allı-güllü kimi görünən heç bir fiziki şiddətə, maddi sıxıntıya məruz qalmamış bir həkim. Kitabda sanki Yefimiçin daxili aləmi və iztirabları ilə İvan Dmitriçin xarici aləmi qarşılaşdırılırdı. Və hətta irəliləyən yerlərdə "görəsən, daxili iztirab yoxsa xarici əzab insana daha çox acı verər?" düşüncəsi beynimdə elə hey dolandı. İvanın mütaliəni sevdiyini vurğulamışdım. Yefimiç də eyni şəkildə pulunun çox hissəsini kitablara xərcləyən, mütaliə vurğunu biri olaraq oxuculara təqdim olunur. Aradakı tək fərqin isə Yefimiçin mütaliə edərkən kitabda keçən cümlələr üzərində uzun uzun düşünməsi, dərk edərək oxumasının yanında Dmitiriçin oxumaq üçün oxuduğu olduğunu desək yanlış olmaz. Bunun səbəbinin izahını siz oxuculara buraxıram) Əsərdəki mənə görə tragikomik olan nöqtə isə illərdir xəstəxanada çalışan bir həkimin(Andrey Yefimiç) həmin xəstəxanaya dəli olaraq yerləşdirilməsi oldu. Yefimiçin "xəstəliyinin" tək bir səbəbi var idi ki, onu da öz dilindən oxuyaq: "Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq, o da dəlidir" Əsərdəki dəli adlandırılan obrazları analiz edərkən mənə Yunus Əmrə filmindəki Aynalı ləqəbli hər kəsin dəli adlandırdığı xarakteri xatırlatdı. Filmə baxanlar da təsdiqləyərlər ki, bəzən Aynalının sözü bizlərə ilk öncə anlaşılmaz olub sonra dərindən düşündürürdü. Deməli, "dəlilərdən" öyrənəcəyimiz hələ çox şey var) Əsər haqqında, əlavə obrazlar və ya obrazların xarakterləri haqqında ətraflı məlumatı kitabı mütləq şəkildə oxuyaraq əldə etməyinizi tövsiyə edirəm. Son olaraq, kitabdan çıxarılan nəticələr kitabın səhifə sayından daha çoxdur desəm yanılmış olmaram. Ancaq Anton Çehov kimi mən də incələməmi qısa kəsərək geri qalanını sizlərin öhdəliyinizə buraxıram. Hər kəsə xoş mütaliələr 1000Kitap oxucuları
1000k
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
··
312 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Hansı nəşriyyatdan oxumağı məsləhət görərdiniz?
Ruheviim
Gönderi Sahibi
Salam. Rus yazarlarının kitablarını oxuyarkən öz dilimizə tərcümə olunan nəşriyyatlara üstünlük verirəm ☺️. Oxuduğum nəşriyyat vivo-book/Bakı-2014 idi.