Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
Usta və Margarita... Əsər sizə ilk baxışda 2 nəfər Usta və Margaritanın münasibəti kimi görünə bilər,amma bu kitabın sadəcə kiçicik bir hissəsidir,ki kitabı oxuyanda artıq əlimi üzmüşdüm onları tanımaqdan. Dedim bəlkə də Eco'nun "gülün adı" kitabı kimi Bulgakov da əsər haqqında ilk dəfədən anlayışınız olmasın deyə belə bir ad qoyub. Taa ki Usta ilə tanışana qədər. Qısaca məzmundan danışsaq ( spoiler verməməyə çalışacam,istəyən bu hissəni keçə bilər 0 spoiler üçün) hər şey Woland adlı iblisin Moskovaya gəlməsi və ortalığı bir-birinə qatması ilə başlayır,bu işdə onun daimi köməkçiləri yardım edir ( daha doğrusu hər işi onlar edir). Siz kitab boyu bu dəstənin insanların başına açdıqları oyunlar və bunu insanların həyatında törətdiyi fəsadları oxuyacaqsız. Mənə görə bu insanlardan bəziləri başlarına gələn hadisələrə layiq idilər. Ona görə də Woland əslində tam olaraq necə obrazdı özüm üçün də aydın olmadı,bəlkə də,biz insanlar kimidir,həm yaxşı həm pis tərəflərə sahibdir. Usta isə kitab yazmış,lakin əsəri heç bir kitab şirkəti tərəfindən qəbul görülməyib ortada qalmışdır,bu da Ustanın psixoloji sarsıntılar keçirməsinə səbəb olmuşdur. Margarita isə Ustanın sevgilisidir,ki özü də evlidir. Lakin onların sevgisi heç bir sərhəd tanımır. Nəysə məzmunu çox uzatmayım keçək bu əsər haqqında gəzən şaiyə və gerçəkliklərə. Yazıçı kitabı özü tamamlaya bilmədən vəfat edir və kitabı həyat yoldaşı tamamlayır. Bu məncə sonlarda hiss olunur,sanki tez bazar bitirək havasındadı kitabın sonları. Deyilənə görə Woland burda Stalinin prototipidir. Bulgakovuna Stalinlə arası heç də yaxşı olmayıbmış,buna görə də əsərindi bu tərzədə qələmə alıdığı söylənilir,bəzi oxucu və mütəxəssislər isə bu əsərin sadəcə olaraq fantastik bir kitab olduğunu deyirlər. Məndən soruşsanız ki,sən nə düşünürsən? Mən deyərdim ki,bu siyasi bir əsərdi,çünki bəzi yer və məkan adlarının o dövrdə dəyişməsinə baxmayaraq xüsusəndə bolşevik mövzulu olan yerlərin adını Bulgakov lap köhnə adları ilə ifadə edir. Wolandın bəzi insanlara davranışı isə repressiyaya misaldı, məncə. Və bunun kimi başqa başqa detallar. Kitabı mən İş bankası'dan oxudum,orda ön səhifədə obrazların adı vardı. Əgər sizin oxuduğunuz nəşrdə belə şey yoxdusa,kitabı oxuyarkən kiçik qeyd vərəqi tutmağınız məsləhətdi,çünki çox obraz var,sonra bir birinə qatmayasız. Məndən bu qədər ümid edirəm şərhim sizi yormadı,mən sadəcə öz fikirlərimi bölüşdüm,indidən oxuyacaqlar üçün xoş mütaliyələr diləyirəm.
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20217,1bin okunma
·
432 görüntüleme
İyun şehi okurunun profil resmi
Sona qədər oxudum yorulmadım . Əməyinizə görə sağolun . Kitabı oxumaq həvəsimi artırdız , qısa bir zamanda oxumaq istəyirəm (daha doğrusu bu il bitmədən ) . Özümə inanıram oxuyacam , yazdıqlarınızı məndə kiçicik araşdırmışdım ki , sonunu özü tamamlaya bilməyib. Yazar köpek kalbi
Köpek Kalbi
Köpek Kalbi
bəyənərək oxumuşdum az çox qələminə bələdəm . Çox uzatmayım yorumladığınıza görə çox sağolun .
Aysun Quliyeva okurunun profil resmi
Belə düşündüyünüzə görə sevindimm😁bu il mən də çox az oxumuşam başqa illərə nəzərən,inşallah bu il bitmədən oxuyarsız,oxuyammasaz da boş verin nə vaxt istəsəz hazır olanda oxuyarsız
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.