Gönderi

Başı kəsik gəlin?!.
8/10
·566 syf.··
2023 62. kitabı
İlk kitabını - Aklında bir sayı tut- oxuduqda, çox təsirlənsəm də ən başından şübhələndiyim şəxs qatil çıxdı. İndi oxuduğumda da eynən ən başında - zaman zaman başqalarından şübhələnsəm də- görəsən dediyim şəxs qatil çıxdı. Bu dəfə iş Amerika çapında böyük bir qruplaşmalara qədər uzansa da sonunda qatil əslində sürpriz kimi göstərilən amma əsla olmayan biri çıxdı. Sevmədiyim cəhəti o oldu ki, hər iki əsərdə hər kəsi didik didik analiz etməsinə qarşın qatillərə çox da yaxınlaşmaması oldu. Detektiv Gurneyi bu qədər diqqətcil bir adam kimi göstərib, amma qatil olan şəxsin analizinə heç diqqət etməməsi bir az absurd gəldi. Ümumilikdə çox da janr/kitab sərrafı olmadımı göz önündə bulundurarsaq, çox sürətlə oxuya biləcəyiniz həyəcanlı bir kitabdır. Və insan psixlogiyasına çox gözəl toxunulub. Yalnız, Davidin hər kəsin hər hərəkətinə bir qulp taxmağı məni çox gərirdi. İndisə üstüörtülü məsum bir spoyler: qatil ən başından bəri göz önündə idi)) oxuyacaq olanlara indidən xoş mütaliələr
Gözlerini Sımsıkı KapatJohn Verdon · Koridor Yayıncılık · 201217,2bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.