Gönderi

Oh gənclik! Gənclik! Sənin ki, heç nə vecinə deyil. Elə bil kainatın bütün xəzinələri sənindir, kədər belə səni sakitləşdirir, qüssə belə üzünə yaraşır, özündən razısan, qabasan və deyirsən: baxın, mən tək də yaşayıram! Günlərin isə izsiz, hesabsız uçur, daxilində nə varsa, günəşin altına qoyulmuş mum kimi, qar kimi əriyir... Bəlkə də, sənin gözəlliyinin bütün sirri hər şeyi edə bilməkdə yox, hər şeyi edə biləcəyini düşünməkdədir?! Bəlkə də, sənin gözəlliyin onsuz da başqa heç nəyə sərf edə bilməyəcəyin gücünü havaya sovurmağındadır?! Gözəlliyin ondadır ki, hər birimiz özümüzü israfçı hesab edirik, hər birimiz bu sözləri deməyə haqqımız olduğunu düşünürük: "Əgər vaxtımı boş yerə sərf etməsəydim, nələr edərdim!"
Sayfa 110 - Qanun NəşriyyatıKitabı okudu
·
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.