Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
10/10 puan verdi
Sevmək, sevgi hissini dadmaq hər acıya, ağrıya rəğmən gözəldir. Sevən bir qəlbə sahibsinizsə, qəlbiniz hər şeydən gözəldir. İstər tamamlansın, istərsə də yarım qalsın...insan öz əlinin,öz qəlbinin barını hər zaman dəyərli tutur,tutmalıdır da.Tutmasa anlardımı şeirlərdəki gizli sirrləri, tapardımı misralarda gizlənmiş utancaq hissləri, darıxardımı şeirlərdə yazılan, bir vaxtlar yaşanan heca-heca bölünən tanış xatirələr üçün...ya da heç yaşanmayacaq arzular üçün. Mənim üçün sevimli şeir kitablarım içərisində xüsusi yer alan, seçdiyim, sevdiyim şairlər sırasında yer tutdu Məmməd İsmayıl. Nə yaxşı ki, qələmi sevgi mürəkkəbli belə şairimiz,şairlərimiz var. Kitab kövrətdi də, gülümsətdi də. Bəzən darıxmaqdan utanmamağı, bəzən də nifrəti sevgiylə yoğurub unutmağı öyrətdi...Yenə də sonda " sevgi, sevgi" deyə hər şeyin sonuna imza atdı... Hər sevginin sonunda hara qaçsan da qəlb ağrısının,həsrətin səninlə gedəcəyini açıq-açıq başa saldı... Kitablardan, daha doğrusu yaşanmışlığı kitablar vasitəsiylə bizə çatdıracaq olan qələm üstadlarından öyrənəcəyimiz çox şey var. Yaxşı ki, varlar. İlk olaraq kitabı mənimçün əlçatan edən, eləcə də paylaşdığım şeirləri oxuyan hər kəsə sonsuz təşəkkürlər. Sevdiyim şeyləri sevən kəslərlə uzaqdan da olsa bir nöqtədə kəsişəndə çox sevinirəm. Ruhunuza hüzur verən hər şey sizinlə olsun. Sonda bu kitabdan sevdiyim bir bəndlə bitirim yazımı: MƏN BUNA MƏHƏBBƏT DEMƏRƏM DAHA Sevdalı günlərim arxada qalır, Keçirəm şübhələr xiyabanından. Narahat duyğular, hisslər qocalır, Bir can da ayrılıb gedir canından. İlk eşqin xatirə yağışı altda, Varmı ümid yeri gələn sabaha?! Ötəri istəklər varsa həyatda, Mən buna məhəbbət demərəm daha. Üst-üstə yığılır bir qız qəlbinə, Yarımçıq məhəbbət macəraları. Gəl indi oğulsan onu araşdır, Yaddaşa yazılan bir ömrü çaşdır. Dağılmış izdivac bazarı üstən, Ölmüş həsrətlərin məzarı üstən Vaxtını keçirib yaşaya bilsən, Bir təzə məhəbbət başlaya bilsən, Mən buna məhəbbət demərəm daha. Hər gedən təəssüf addımlarıyla, Bir ürək məhəbbət ayrılır candan. Daralır sevginin sınıq meydanı, Çətindir saf çıxmaq bu imtahandan Qəlbim sevgilərin sınaq meydanı. Gizli məhəbbətlər, xəlvəti zənglər... Yüz yerə bölünüb daş olan ürək Təzədən bu haqqı qazanar baha Dağılsın fikrimə gələn planlar: Mən buna məhəbbət demərəm daha. Arzular çevrilsə miskin həyata, Görüşlər, öpüşlər dönsə boyata, Hər ötən sevgidən xatirə yığıb, Ürəyi muzeyə çevirmək olsa. Təmizlik heykəli - ilk məhəbbəti Şahlıq zirvəsindən devirmək olsa, Qəlbinin xatirə salonlarında Qaşları, gözləri, təbəssümləri Nə qədər yaddaşa yükləmək olar. Yalan sevgilərin havası üstə Bir ömrü nə qədər kökləmək olar. Yarıb sazağını qarlı qışların, Kiminsə ilk sevgi dodaqlarıyla Qayıdar özümə yalvarışlarım. Uçunar ürəyim bir qəfil səsə, Sabaha bir təmiz ömürəm daha. Həvəsim əriyən qara bənzəsə, Mən buna məhəbbət demərəm daha. İkinci bir adam tapsan anmağa, Dolaşıb ilk eşqin cığırlarında, Ürək də başlasa parçalanmağa, Mən buna məhəbbət demərəm daha... • Məmməd İsmayıl
Sevgi Şeirləri
Sevgi ŞeirləriMemmed İsmayıl · Qanun nəşriyyatı · 20144 okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.