Gönderi

Vidalaşmağı sevmirəm...
Sevgi adı altında yox olmuş duyğular... Heç duyğularının əsiri olmusan? Düşünüb hərəkət edənlərdən yoxsa sadəcə qəlbini dinləyənlərdənsən söylə mənə hansısan? Sən də mi , digərləri kimisən? Yoxsa mənim kimi? Mən , mənim kimi olmağı həmişə xəyal etmişəm. Bunu eqoistlik kimi anlama , xeyr. Sadəcə səhvlərimi , var ola bildiyim hadisələri , var olduğum yaşamı istəməmişəm. Soruşacaq olsan bundan sonra da istəmərəm. Bu illər boyu istəmədiyim hər mövzu da özümü tapdım. Bəlkə də ruhumu , yada səni... axı bizim qarşılaşmağımız da istəmədiyim halda baş verdi. Necə də acıdır bəlkə də , istəmədiyin insanlarla sonu görünməyəcək söhbətlər , mübahisələr. Və yaxudda heç istəmədiyin şəhər də hər gün gördüyün eyni mənzərə. Bəli , mənzərə sənin gözlərinin mavi çalarlarının əks olunmadığı bir dəniz və yaxudda səma , nə bilmək olar , hər zaman sənə "günəş kimi parlaq, sarı saçlarını yığma " demək istəmişəm , bəlkə də qaranlıqdan qorxduğum üçün , axı ən az bir kora yetəcək qədər işıq lazım, işığın lazım mənə. "heç bir zaman saçlarını kəsmə" demək istəmişəm , ömrümdən ömür kəsməyəsən deyə. Bəlkə də bu illər boyu ona görə əlin gəlməyib , kəsməyə... Sənin ömrün uzun olsun , özün qədər gözəl olsun.
·
105 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.