Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

640 syf.
10/10 puan verdi
·
Beğendi
·
70 günde okudu
Kitab ilə bağlı fikirlərim
70 gündə oxuyub bitirdiyim növbəti kitab
J. K. Rowling (Robert Galbraith)
J. K. Rowling (Robert Galbraith)
qələmindən olan Harri Potter və Dostlarının növbəti macəralarından biridir! 70 günə 1 kitab, biyabırçılıq... Harri Potter və Dostlarının buradakı macəraları, əvvəlkilər kimi maraqlı, öyüd-nəsihət vericidir. Bu kitabı oxuduqca hadisələri beynimdə canlandırırdım və beləliklə cərəyan edən hadisələr gözümün önündə canlanırdı. Özümü o hadisələrin içərisində kimi hiss edirdim. Bəzən olurdu ki, hadisələrdən təsirlənib bir tədbir görmək istəyirdim. Sonra ora-bura baxıb, camaatın içində biyabır olmamaq üçün özümü güclə ələ alırdım. Xüsusi ilə, bu gün, Ölümyeyənlər ilə, Harrinin Dostlarının və tərəfdarlarının savaşı məni elə təsirləndirdi ki, (olmayan) sehrli çubuğumu çıxarıb həmin döyüşə qatılmaq istədim. Sonra avtobusda olduğumu anlayıb, özümü ələ almağa və çətinliklə olsa da, həmin həyəcan ilə kitabı oxumağa davam etdim. Harri Potter və Dostlarının macəraları sadəcə uşaqlar üçün deyil, böyüklər üçün də faydalıdır! Çünki orada həqiqi Dostluqdan, Sevgidən, mənfəət güdmədən kömək etməkdən, xilas etməkdən, münasibətlərə və varlıqlara, təbiətə və bu kimi şeylərə sevgi bəsləməkdən, qayğı göstərməkdən, istər İnsan olsun, istər başqa bir varlıq, onun haqqını əzməməkdən və bu kimi şeylərdən bəhs edir. Xeyrlə Şərin mübarizəsində, Şərin təklif etdiyi, müvəqqəti olan dünya mənfəətlərinə aldanmanın qorxunc fəlakətlərindən, Xeyrin tərəfdarlarının dünyada və öldükdən sonra olan həyatlarında nail olduqları üstünlüklərdən bəhs edilir. Qeyd: @qanunpublishing bu kitabınızda olan məntiq, qrammatik, cümlə və digər səhvləriniz, əvvəlki bölümlərdən həddən ziyadə artıq idi. Qüsurları aradan qaldırmaq əvəzinə, onları daha çox artırır və inkişaf etdirirsiniz! Anlayıram, səhv ola bilər, amma bu o demək deyil ki, kitabın 50%-indən çoxunun xətalı olması normaldır. Cümlələrin çoxu yarımçıq saxlanılır, 1-3 səhifə sonra, həmin yarımçıq cümlənin davamı yazılır, belə olan halda, mövzular qarışır və oxucunun fikri qarışır. Sizin Redaktorlarınız yuxulu olurlar, ya başdan sovdu davranırlar? Üstəlik, bu xətalar ilə bağlı ən çox şikayətlər, sizin nəşriyyat ilə bağlıdır. Yəni bu qədər şikayətləri nəzərə almırsınız?
Harri Potter və Ölüm Yadigarları
Harri Potter və Ölüm YadigarlarıJ. K. Rowling (Robert Galbraith) · Qanun Nəşriyyatı · 202123,1bin okunma
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.