Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

856 syf.
·
Puan vermedi
·
41 günde okudu
Baxmayaraq ki, kitabı 1 neçə ay bundan öncə oxuyub bitirmişəm, lakin oxuduqdan sonra aldığım təsirin böyük olması səbəbi ilə əsər haqqında 1 neçə fikir yazmaq istədim. Rus ədəbiyyatının və Tolstoyun şedevri sayılacaq bir əsər... Baş qəhrəmanı isə ziddiyyətlərlə dolu bir kitab... Anna Karenina, bu obraz, xarakter bəzi oxucular tərəfindən rəğbətlə qarşılanır, sevilir, onlarda simpatiya doğurur, bəziləri isə ona nifrət edir, qınayır, töhmət yağdırır. Bəs yaxşı kim idi axı bu ambiguous düşüncələr yaradan Anna? Bu sualın cavabı pov-dan asılı olaraq kifayət çox şaxəlidir. Anna - oğlunu başqa kişiyə görə atan qadın, Anna - ehtirasının və sevgisinin qurbanı olan bir qadın, Anna - ərinə xəyanət edən, zira xristian etikası və cəmiyyətin qaymaq təbəqəsinin ehkamlarını çeynəyən bir qadın, Anna - şiddətlə sevən qadın, Anna - qısqanclıq əqrəbinin zəhəri ilə zəhərlənən qadın və s. Əslində isə, mənə qalsa, Anna sadəcə xoşbəxtliyi axtaran biri idi, amma hansı ki bədbəxtliyə düçar olmaq taleyinə yazılmışdı. Anna ona görə bədbəxt olmağa məhkum olmuşdu ki, o cəmiyyətin qəbul edilmiş qaydalarına uyğun gəlmirdi, Anna kartof çuvalında çobanyastığı kimi idi, əzilib məhv olması alın yazısı idi. Şiddətlə sevilməyi və sevməyi, o cümlədən də başqasına maneəçilik törətmədən xoşbəxt olmağa çalışan qadının acı bir dramı və hekayəsi. Və nəhayətində, düşünürəm ki, Annanın kimliyini elə əsərin özündə öz dilindən olan bu bir neçə cümlədə tamamilə əks olunub, hansı ki ~900 səhifə boyu bizə hekayəsi danışılan qadının yalnızca və acizanə istəyi, məram və təvəqqesi də elə bundan ibarətdir: "Mən heç 1 şey sübut etmək istəmirəm, mən, sadəcə yaşamaq istəyirəm; özümdən başqa heç kimə pislik etmək istəmirəm. Buna mənim haqqım var, elə deyilmi?"
Anna Karenina
Anna KareninaLev Tolstoy · Qanun Nəşriyyatı · 202139,4bin okunma
·
148 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.