Əlbəttə, millət, bugünkü məfhumu ilə bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından Sprinker "Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsi ilə təyin edilir", – deyir. Demək "Mən ərəfe nəfsəhu kəd ərəfe Rəbbahu" (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqini varır). Bunu belə desək, "Mən ərəfe nəfsəhu kəd ərəfe millətehu" (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) – mənası ortaya çıxır.