Asya İlyassoy

Asya İlyassoy
Puan vermedi·856 syf.··
2023 7. kitabı
·
41 günde okudu
·
Okunma: 04 Temmuz 2023 11:04
Baxmayaraq ki, kitabı 1 neçə ay bundan öncə oxuyub bitirmişəm, lakin oxuduqdan sonra aldığım təsirin böyük olması səbəbi ilə əsər haqqında 1 neçə fikir yazmaq istədim. Rus ədəbiyyatının və Tolstoyun şedevri sayılacaq bir əsər... Baş qəhrəmanı isə ziddiyyətlərlə dolu bir kitab... Anna Karenina, bu obraz, xarakter bəzi oxucular tərəfindən rəğbətlə qarşılanır, sevilir, onlarda simpatiya doğurur, bəziləri isə ona nifrət edir, qınayır, töhmət yağdırır. Bəs yaxşı kim idi axı bu ambiguous düşüncələr yaradan Anna? Bu sualın cavabı pov-dan asılı olaraq kifayət çox şaxəlidir. Anna - oğlunu başqa kişiyə görə atan qadın, Anna - ehtirasının və sevgisinin qurbanı olan bir qadın, Anna - ərinə xəyanət edən, zira xristian etikası və cəmiyyətin qaymaq təbəqəsinin ehkamlarını çeynəyən bir qadın, Anna - şiddətlə sevən qadın, Anna - qısqanclıq əqrəbinin zəhəri ilə zəhərlənən qadın və s. Əslində isə, mənə qalsa, Anna sadəcə xoşbəxtliyi axtaran biri idi, amma hansı ki bədbəxtliyə düçar olmaq taleyinə yazılmışdı. Anna ona görə bədbəxt olmağa məhkum olmuşdu ki, o cəmiyyətin qəbul edilmiş qaydalarına uyğun gəlmirdi, Anna kartof çuvalında çobanyastığı kimi idi, əzilib məhv olması alın yazısı idi. Şiddətlə sevilməyi və sevməyi, o cümlədən də başqasına maneəçilik törətmədən xoşbəxt olmağa çalışan qadının acı bir dramı və hekayəsi. Və nəhayətində, düşünürəm ki, Annanın kimliyini elə əsərin özündə öz dilindən olan bu bir neçə cümlədə tamamilə əks olunub, hansı ki ~900 səhifə boyu bizə hekayəsi danışılan qadının yalnızca və acizanə istəyi, məram və təvəqqesi də elə bundan ibarətdir: "Mən heç 1 şey sübut etmək istəmirəm, mən, sadəcə yaşamaq istəyirəm; özümdən başqa heç kimə pislik etmək istəmirəm. Buna mənim haqqım var, elə deyilmi?"
Edebiyat
Anna KareninaLev Tolstoy · Qanun Nəşriyyatı · 202155,5bin okunma
Reklam
Azadlıq
Puan vermedi·272 syf.··
2023 9. kitabı
# Mexaniki PortağalMexaniki Portağal ALEKS: ... Əsas olan seçimdir. NAZİR: Mən sənin üçün seçərəm, bu mənim imtiyazımdır. ALEKS: Mən özüm üçün seçərəm, bu mənə məxsusdur. NAZİR: Sən səhv seçəcəksən. ALEKS: Səhvin nə olduğunu kim bilir? Təkcə Boqun sirri var. NAZİR: Qocanı deyirsən? O ölüb. Onu bayıra atdım. ALEKS: Ona görə belə soyuqdur... "God remains dead. And we have killed him". (Nietzsche)
Edebiyat
Mexaniki PortağalAnthony Burgess · Qanun Nəşriyyatı · 2021112,9bin okunma
Puan vermedi·160 syf.··
2022 40. kitabı
Azərbaycan ədəbiyyatının qadın obrazları, fikrimcə, yüksək koloritli və orjinaldırlar (ən azından bayağılaşmış və klişe halına gəlmiş rus ədəbiyyatı qadınlarından). İstər C. Cabbarlının "Almaz"ı, "Sevil"i istər də İ. Əfəndiyevin Səriyyəsi. Baxmayaraq ki, bu əsərə Mərkəzi Komitə tərəfindən Səriyyənin "əxlaq qaydalarını pozduğu" üçün qadağa qoyulub zamanında, baş qəhrəmanın cəsarətlə, riyakarlıq etmədən verdiyi qərarlar və düşüncələrinə dilə gətirməsi, ümumiyyətlə, bunu bacarması (ola bilər ki, bir az yöndəmsiz tərzdə) diqqətə layiq məqam və keyfiyyətdir, nəinki 1 qadında, bütün insanlarda olması lazım olan 1 nüans. Bəlkə də (əslində, çox güman), Səriyyənin Adildən tədricən soyuyub üz döndərməsinə səbəb olan da onda məhz bu xarakterin olmaması idi. Sözdə 1 cür, əməldə başqa cür. Bəli, Səriyyə haqlı idi: "Nə üçün biz insanlar bu həyatdan 1 şey qoparmaq üçün bu cür ikiüzlülük edirik? Yalançı bayağı sözlər danışırıq... Yalandan gülümsəyərik... Yalandan tərifləyirik... Doğrudanmı, bunlarsız mümkün deyil?.." ...Saxtakarlığı, rəzilliyi, ikiüzlülüyü sillələmək lazımdır. Çünki bunlar təbiətin ahənginə ziddir".
Edebiyat
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0742 okunma
Puan vermedi·244 syf.··
2022 31. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Temmuz 2022 01:45
Əsərin bədii cəhətlərindən danışası olsaq, fikrimcə, o qədər də yüksəkdə deyil. Ən azından ona görə ki, əsəri oxuyanda məzmun cəhətdən çatışmazlıq və dolğunluğunda natamamlıq hiss etdim. Bununla belə, "hər şeyi inkar edən adamın ölüm tərəfindən inkar edilməsi" maraqlı bir motiv olaraq görülə bilər. Əslinə qalsa isə, Bazarov əgər yatalaqdan ölməsə idi, Bazarov olmazdı, o cəhətdən ki, Anna Sergeyevna ilə olan münasibəti onun bütün düşüncə sistemini bünövrəsindən zədələmişdi. Bazarov, sadəcə, özünün xanım Sergeyevnaya dediyi kimi "Siz sevmək istəyirsiniz, ancaq siz sevə bilməzsiniz" sözlərinin bir az fərqli formada və mahiyyətdə olsa da, özünə də aid olduğunu biləndə, artıq ölmüşdü, cəsədi isə yatalaqdan öldü adı ilə basdırılmışdır. Bəli, elə beləcə.
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,8bin okunma
Puan vermedi·816 syf.··
2021 20. kitabı
"... Lakin həyat... həyat... ola bilərmi ki həyat birdən-birə yox olsun?... Günlərin, günəşin, yağışın, əməyin, məhəbbətin, enerji və arzuların hüsn və gözəlliyindən əsər qalmasın... Yox, yox, o ölmək istəmir. Yox, ölmək istəmir..." "... Mənim vəzifəm yerinə yetirilmiş, qələbə çalınmışdır". Klayd Qrifits Ax, Klayd, Klayd, Klayd........
Amerika FaciəsiTheodore Dreiser · Qanun Neşriyat · 2018150 okunma